MİNGƏÇEVİRLİLƏR YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİNİ ƏZİZ TUTURLAR
Mingəçevirin dövlət və ictimai təşkilatlarının nümayəndələri 20 Yanvar qırğınında aldığı güllə yarasından ömürlük şikəst olmuş, ikinci qrup əlil Firdovsi Rüstəmovun ailəsinə baş çəkmiş və ona maddi yardım göstərmişlər.
Şəhərin təhsil və mədəniyyət müəssisələrində Qanlı Yanvar hadisələrinə həsr olunmuş ədəbi-bədii gecələr, xüsusi dərslər, foto-rəsm sərgiləri təşkil edilmişdir. Mingəçevirin minlərlə sakini Şəhidlər xiyabanına gələrək, 20 Yanvar, Azərbaycanlıların soyqırımı və deportasiyası abidələri önünə əklillər, şəhidlərin məzarları üzərinə tər qərənfillər düzmüşlər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.