Minlərlə həmvətənimizin Şəhidlər xiyabanını ziyarət etməsi xalqın öz qəhrəmanlarının əziz xatirəsinə dərin ehtiramıdır
Bakı, 20 yanvar (AZƏRTAC). Biz ölkəmizin azadlığı uğrunda canlarından keçmiş qanlı 20 Yanvar şəhidlərini heç vaxt unutmayacağıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Şəhidlər xiyabanını ziyarət etmək üçün bu müqəddəs məkana gələn Xətai rayonundakı 24 nömrəli məktəbin müəllimi İsmixan Həsənov demişdir.
O, bu faciənin təkcə Azərbaycanın deyil, bütövlükdə bəşəriyyətin tarixinə qara səhifə kimi daxil olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 20 Yanvar faciəsində şəhid olanların xatirəsini anmaq, onları unutmamaq, onların ülvi amallarına ehtiram, haqq-ədalətə tapınmaq, zülmkarlığa, eybəcərliklərə, mənəviyyatsızlıqlara yox deməkdir. Bu ziyarət yalnız ilin bir günü ilə bitməməlidir. Azərbaycan xalqı hər gün bu ilahi dəyərləri yaşatmalıdır.
İsmixan Həsənov demişdir ki, minlərlə həmvətənimizin ölkənin bütün şəhər və kəndlərindən axışaraq Şəhidlər xiyabanını ziyarət etməsi xalqın öz qəhrəmanlarının əziz xatirəsinə dərin ehtiramıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]