Minsk Litva, Latviya və Polşa sakinləri üçün vizasız rejimi uzadacaq
Bakı, 21 dekabr, AZƏRTAC
Belarus gələn il üçün də qonşu Litva, Latviya və Polşa sakinləri üçün vizasız rejimin müddətini uzadacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Vizasız rejimin tətbiqi dövründə Belarusa təxminən 800 min Avropa İttifaqı vətəndaşı səfər edib", - deyə XİN-in məlumatında qeyd olunub.
Hakimiyyət vizasız rejimin tətbiqinin Belarusun qonşu dövlətlərlə normal bərabərhüquqlu qarşılıqlı fəaliyyətin bərpasına, ölkədəki milli azlıqla əlaqələrin qorunmasına imkan yaradacağı qənaətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]