Azərbaycan Dövlət İnformasiya Agentliyi

Minskdə Azərbaycanın Zəfər Günü ilə bağlı qəbul keçirilib VİDEO

Minsk, 9 noyabr, AZƏRTAC

Belarusun paytaxtı Minsk şəhərində “Minsk Marriott Hotel”ində Azərbaycan Respublikasının Zəfər Günü ilə əlaqədar qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, qəbulda Belarusun Xarici İşlər Nazirliyinin Rusiya, MDB və Avrasiya inteqrasiya ölkələri idarəsinin rəisi Molunov Sergey Petroviç, XİN-in Dövlət Protokolu idarəsinin (eyni zamanda, Prezidentin Protokol xidmətinin) rəisi Y.Yaroşeviç, Belarusda fəaliyyət göstərən diplomatik korpusun, dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrin, Parlamentin və MDB İcraiyyə Komitəsinin nümayəndələri, Belarus Dövlət Universiteti, Tibb Universiteti, Linqvistika Universiteti və M.Tank adına Belarus Pedaqoji Universitetinin rektorları, KİV təmsilçiləri, diaspor rəhbərləri və üzvləri, Belarusda təhsil alan tələbələrimiz və digərləri iştirak ediblər.

Belarus tərəfindən tədbirdə əsas qonaq qismində Belarus parlamentinin Nümayəndələr Palatası Şurasının beynəlxalq məsələlər üzrə daimi komissiyasının sədri Andrey Savinıx iştirak edib.

Ölkəmizin Belarusdakı səfiri Ülvi Baxşəliyev çıxış edərək, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi və tariximizə qızıl hərflərlə yazılmış Zəfər Gününün əhəmiyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Səfir bu əlamətdar gündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin və qəhrəmanlarımızın əziz xatirəsinin dərin ehtiramla yad edildiyini vurğulayıb.

Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanat əsasında hərbi əməliyyatlara son qoyulduğunu xatırladaraq, Azərbaycanın münaqişəni hərbi-siyasi yolla həll etdiyini, Qarabağ münaqişəsinin arxada qaldığını və tarixə çevrildiyini diqqətə çatdırıb. Xalqımızın humanist və sülhsevər xalq olduğunu qeyd edən diplomat beynəlxalq hüququn prinsiplərinə, xüsusən də suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi əməl olunması əsasında Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atdığına diqqət çəkib.

2022-ci il oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşünə toxunaraq, bu görüşdə 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların icra vəziyyətinin müzakirə edildiyini və görüşün yekunu üzrə Bəyanat imzalandığını vurğulayıb.

Ülvi Baxşəliyev, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə keçirilən üçtərəfli və Praqada keçirilən dördtərəfli görüşlərinə toxunub.

Diplomat Azərbaycan ilə Belarus arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində qurulduğunu, rəsmi Minskin hər zaman ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəklədiyini diqqətə çatdıraraq, ölkəmizin regionda davamlı və uzunmüddətli sülhün əldə edilməsində maraqlı olan bütün dövlətlərin səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.

Müharibə başa çatdıqdan sonra ölkəmizin işğaldan azad edilmiş ərazilərinin bərpası üçün həyata keçirilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verən Ü.Baxşəliyev həmin torpaqlarda enerji təchizatının tam bərpa edildiyini, müharibə başa çatdıqdan sonra bu ərazilərimizdə tikilmiş ikinci aeroport - Zəngilan Beynəlxalq Hava Limanının bu günlərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışının olduğunu və bu ilin may ayında “Ağıllı kənd”in ilk pilot layihəsinin artıq ilk məcburi köçkünlərin geri qayıtdığı Zəngilanda salındığını, Şuşa şəhərində artıq bir neçə beynəlxalq tədbirin keçirildiyini və Böyük Qayıdış proqramına başlanıldığını qeyd edib.

Səfir noyabrın 9-nun ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edildiyini vurğulayaraq, milli suverenliyimizin rəmzi və dövlətçiliyimizin müqəddəs atributlarından biri olan Dövlət Bayrağımızın bu gün Azərbaycanın hər yerində dalğalanmasının sevindirici və qürurverici olduğunu bildirib.

Tədbirdə əsas qonaq qismində iştirak edən Belarus parlamentinin Nümayəndələr Palatası Şurasının beynəlxalq məsələlər üzrə daimi komissiyasının sədri Andrey Savinıx ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə intensiv inkişaf etdiyinə toxunaraq, Minsklə Bakı arasında qarşılıqlı fəaliyyətin həmişə müsbət və konstruktiv olduğunu, qarşılıqlı hörmətə və etimada əsaslandığını bildirdi. Azərbaycan Respublikasının iqtisadiyyatının günü-gündən güclənməsinin ölkəmizin işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin aparılmasına imkan verdiyini söyləyib.

Qeyd edək ki, tədbir çərçivəsində, eyni zamanda, “Azərbaycan döyüşçüləri - Belarus torpağının qəhrəmanları” kitabının təqdimatı da keçirilib. Təqdimatda Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin hərbi elmi-tədqiqat institutunun professoru Nurulla Əliyev də iştirak edib. Kitab Azərbaycanın Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və Belarusdakı səfirliyinin dəstəyi ilə nəşr olunub. Nəşr 1941-1945-ci illərdə Belarusun azadlığı uğrunda döyüşərək həlak olmuş azərbaycanlılara həsr edilib.

Tədbirdə kitabın müəllifi və redaksiya heyəti, nəşriyyat nümayəndələri, tarixçi alimlər iştirak ediblər.

Mərasimin bədii hissəsində Zəfər Gününə aid şəkillərin animasiyası iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Eyni zamanda, Belarus Dövlət Filarmoniyasının kvartet qrupunun ifasında Azərbaycan, eləcə də dünya klassiklərinin musiqiləri səsləndirildi və Zəfər Günü haqqında videoçarxlar nümayiş olunub.

Tədbirin keçirildiyi zalın girişində Zəfər Günü ilə bağlı fotosərgi və Qarabağ xalçaları nümayiş etdirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

Minskdə Azərbaycanın Zəfər Günü ilə bağlı qəbul keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO