Misirdə yüngül mühərrikli təyyarələrin beynəlxalq uçuş yarısı keçirilir
Qahirə, 5 aprel, AZƏRTAC
Misirdə yüngül mühərrikli təyyarələrin iştirakı ilə “Rally Siwa Sands 2025” beynəlxalq yarışı keçirilir.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Aviasiya Federasiyasının (FAI) rəhbərliyi, Misirin Mülki Aviasiya, eləcə də Gənclər və İdman nazirliklərinin, Hərbi Hava Qüvvələrinin və Misir Aviasiya Klubunun himayəsi ilə təşkil olunan beynəlxalq müsabiqə aprelin 9-dək davam edəcək.
Bu beynəlxalq idman tədbiri Misirin hava idmanı sahəsində yerini möhkəmləndirmək və onun turizm məkanlarını tanıtmaq məqsədi daşıyır.
Builki ralli yarışında İngiltərə, Almaniya, Fransa, Polşa, Türkiyə, Bolqarıstan, Səudiyyə Ərəbistanı və Misiri təmsil edən, ümumilikdə 10 yüngül mühərrikli təyyarə iştirak edir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]