MİXAİL SAAKAŞVİLİ: GÜRCÜSTAN RUSİYA İLƏ MÜNASİBƏTLƏRİ YAXŞILAŞDIRMAĞA HAZIRDIR
Gürcüstan prezidenti Moskvaya bu yaxınlardakı səfərini və RF prezidenti ilə görüşünü ikitərəfli əlaqələrin “praqmatizm və ümumi mənafelərin qarşılıqlı surətdə qəbul edilməsi əsasında” inkişafında yeni mərhələnin başlanması kimi qiymətləndirir.
M.Saakaşvilinin fikrincə, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, terrorizmlə mübarizə, iqtisadiyyat və ticarət kimi sahələrdə bu mənafelər üst-üstə düşür. Prezident demişdir:” Gürcüstan Rusiya ilə əməkdaşlığa və bir çox məsələlərin həllində ona güzəştə getməyə hazırdır”. Lakin Saakaşvili bunu da əlavə etmişdir ki, əgər bu güzəştlər Gürcüstanın müstəqilliyinə və suverenliyinə ziyan vurarsa, o buna getməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]