MLS 2027-ci ildən Avropa formatına keçir
Bakı,14 noyabr, AZƏRTAC
MLS 2027-ci ildən çempionatın keçirilmə qaydalarında yeniliklərin tətbiq olunacağını rəsmən təsdiqləyib.
AZƏRTAC “The Athletic”ə istinadla xəbər verir ki, ABŞ Liqası Avropa formatına uyğunlaşdırılacaq. Yeni sistemə əsasən, mövsüm iyulda başlayacaq və mayda başa çatacaq.
MLS-də, həmçinin dekabrdan fevrala qədər qış fasiləsi tətbiq olunacaq, pley-off mərhələsi isə may ayında keçiriləcək. Hazırda MLS mövsümü fevral–oktyabr aylarını əhatə edir və pley-off oyunları noyabr–dekabrda oynanılır.
Bu dəyişikliklərin əsas məqsədi MLS-nin Avropa transfer pəncərələri ilə uyğunlaşmasını təmin etməkdir. Bu dəyişiklik sayəsində pley-off matçları ABŞ-da ən populyar idman növü olan amerikan futbolu ilə rəqabət aparmaq məcburiyyətində qalmayacaq.
MLS-nin hazırda ən böyük ulduzu argentinalı hücumçu Lionel Messidir. O, noyabrın 24-də “İnter Mayami”nin heyətində “Sinsinnati”yə qarşı pley-offun yarımfinal görüşünə çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]