MOBİL TELEFON ABUNƏÇİLƏRİ ÜÇÜN XİDMƏTLƏR TƏKMİLLƏŞDİRİLİR
Rabitə Nazirliyi və “Azərsell” Birgə Müəssisəsi çoxminli mobil telefon abinəçilərinə xidmətləri təkmilləşdirmək, onların keyfiyyətini yüksəltmək məqsədi ilə xüsusi qərar qəbul etmişlər.
Mobil telefon abunəçilərini narahat edən məsələləri qısa müddətdə araşdırmaq üçün gecə-gündüz servis xidməti mərkəzi yaradılır. Bəzi yeniliklər də həyata keçirilmişdir. Mobil telefon alıcıları 90-52-52 nömrəli, “Sim-Sim” kartından istifadə edənlər isə 90-49-49 nömrəli telefonlara bütün sutka ərzində zəng vuraraq, onları maraqlandıran məsələlər haqqında məlumat ala bilərlər (mobil telefondan 2002 nömrəsinə zəng vurmaq lazımdır). Bundan əlavə, depozit haqları 1,2 milyon manatdan 500 min manata endiriləcəkdir.
Müqaviləyə əsasən, “Azərsell” BM istirahət və bayram günləri telefonları borca görə bağlamayacaqdır. Şirkətin abunəçiləri borclarını qarşıdakı iş günlərində ödəyə bilərlər.
Rabitə Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, nazirlik mobil telefon abunəçilərinə göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək məqsədi ilə operator şirkətlərlə birlikdə tədbirlər həyata keçirəcək, mobil telefon rabitəsi sahəsində texniki tərəqqinin son nailiyyətlərini tətbiq edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]