MOİK QƏLƏBƏNİ ƏLDƏN VERDİ
Bakı, 7 avqust (AZƏRTAC). Mərkəzi Ordu İdman Klubunun (MOİK) futbol komandası Azərbaycan çempionatına hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçını keçirmişdir. Ramil Əliyevin rəhbərlik etdiyi kollektiv “Şəfa” stadionunda Premyer Liqa təmsilçisi “Turan”la qarşılaşmışlar.
“Hərbçilər” oyuna fəal başladıqları üçün erkən qol vurmağa nail olmuşlar. Matçın 5-ci dəqiqəsində Timur Dadaşov hesabı açmışdır. Bundan 10 dəqiqə sonra Dadaşov həm özünün, həm də komandasının ikinci qolunu vurmuşdur. Lakin MOİK qələbə hesabını qoruya bilməmişdir. “Turan” Nadir Nəbiyevin dublu (44-cü və 56-cı dəqiqələrdə) sayəsində məğlubiyyətdən yaxa qurtarmışdır - 2:2.
Mərkəzi Ordu İdman Klubunun mətbuat xidmətindən bildirmişlər ki, Ordu klubu sabah daha bir yoxlama oyununda mübarizə aparacaq. Bu dəfəki rəqib “Qarabağ”ın əvəzedicilərdən ibarət komandasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]