Moldova Dağlıq Qarabağda döyüş əməliyyatlarının dayandırılması barədə razılaşmanı alqışlayır
Kişineu, 12 noyabr, AZƏRTAC
Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Dağlıq Qarabağda döyüş əməliyyatlarının dayandırılması barədə razılaşmaları alqışlayır.
Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının liderləri tərəfindən imzalanan bəyanat regionda sülh yolunda atılan mühüm addımdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin bəyanatında deyilir.
Nazirlik bir daha bəyan edir ki, Moldova Respublikası regionda möhkəm sülhün bərqərar olması üçün beynəlxalq hüququn prinsip və normalarına əsaslanan prosesi qətiyyətlə dəstəkləyir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]