Moldova MSK səsvermənin nəticələrini açıqlayıb: Sandu Dodonu geridə qoyub
Kişineu, 2 noyabr, AZƏRTAC
Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin səsvermə bülletenlərinin sayılmasını başa çatdırıb.
AZƏRTAC Moldova Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, səsvermənin nəticələrinə görə, keçmiş Baş Nazir Maya Sandu seçicilərin 36,16 faizini toplayıb. Hazırkı Prezident İqor Dodon seçicilərin 32,61 faiz səsini qazana bilib.
Digər 6 namizəd isə daha az səs toplayıblar.
Seçki qanunvericiliyinə görə, namizədlərdən biri 50 faizdən çox səs toplamadığı halda, seçkilərin ikinci turu keçirilir. Beləliklə, ikinci turda prezidentliyə namizədlər Maya Sandu və İqor Dodon mübarizə aparacaq. İkinci turun səsverməsi iki həftədən sonra keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]