Moldovada əhalinin 57 faizi ölkənin Avropa İttifaqına üzv olmasını istəyir
Bakı, 7 aprel, AZƏRTAC
Moldovada əhalinin yarıdan çoxu ölkənin Avropa İttifaqına üzv olmasını istəyir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Date Inteligente (iData) kompaniyasının keçirdiyi ictimai rəy sorğunun nəticələrində əksini tapıb.
Rəyi soruşulan sakinlərin 57 faizi Moldovanın Avropa İttifaqına daxil olmasının tərəfdarıdır, 33,2 faizi isə bunun əleyhinədir. Eyni zamanda, respondentlərin 33,5 faizi ölkənin Rumıniyaya birləşməsini dəstəkləyir, 59,3 faizi isə bunu istəmir. Moldovanın MDB-dən çıxmasını istəyən vətəndaşların sayı 40,6 faiz, qalmasını istəyənlərin sayı isə 41,2 faiz təşkil edir.
Bundan başqa, hər ay keçirilən sorğunun nəticələrinə görə, xarici siyasətçilər arasında populyarlıq reytinqində Rumıniya Prezidenti Klaus Yohannis ilk dəfə olaraq rusiyalı həmkarı Vladimir Putindən önə keçib.
Qeyd edək ki, sorğu martın 15-dən 26-dək 1065 respondent arasında telefon vasitəsilə keçirilib.