Moldovada yaşayan azərbaycanlılara Qurban bayramı münasibətilə sovqatlar paylanılıb
Kişineu, 22 iyul, AZƏRTAC
Moldovada yaşayan azərbaycanlılara Qurban bayramı münasibətilə sovqatlar təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Moldova Azərbaycanlıları Konqresi tərəfindən 200-dən çox soydaşımıza müxtəlif sovqatlar paylanılıb. Bundan başqa, soydaşlarımızla bərabər Moldovada yaşayan yaşlı, çoxuşaqlı yerli ailələrə də sovqatlar verilib.
Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov bildirib ki, bu müqəddəs günlərdə xalqımızın Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarının xatirəsi də ehtiramla yad edilir. Onların ruhlarına dualar oxunur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu