Monteneqro yığmasının baş məşqçisi: Azərbaycan millisi sırf nəticə üçün oynayır
Bakı, 27 sentyabr, AZƏRTAC
Düşünürəm ki, rəqibdən daha yaxşı oynadıq. Matç ərzində təşəbbüs bizdə idi. Təəssüf ki, bir səhvdən qol buraxdıq və uduzduq. Qızlar əllərindən gələni etdilər. Əlbəttə, qol vura bilərdik, amma bacarmadıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Monteneqro yığmasının baş məşqçisi Mirko Mariç UEFA Millətlər Liqasında evdə Azərbaycan millisinə 0:1 hesabı ilə uduzduqları oyundan sonra yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.
54 yaşlı mütəxəssis görüşün kifayət qədər çətin keçdiyini bildirib: “Əslində belə olacağını gözləyirdik. Əvvəldən də demişdim ki, Azərbaycan millisi sırf nəticə üçün oynayır. Dünənki qarşılaşma da fikirlərimi təsdiqlədi. Amma mübarizə davam edir. Qarşıda hələ dörd oyun var. Məncə, daha çox xal qazanacağıq”.
Qeyd edək ki, C Divizionunda mübarizə aparan Azərbaycan millisi bu qələbədən sonra xallarını dördə çatdıraraq, yer aldığı üçüncü qrupda liderliyə yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [20:00]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]