Moskva Dövlət Humanitar İqtisad Universitetinin ikili diplom proqramına qəbul başlanıb
Bakı, 29 iyun, AZƏRTAC
Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) ikili diplom proqramına 2020/2021-ci tədris ili üzrə qəbul başlanıb. Proqramda Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Rus İqtisad Məktəbinin bütün ixtisasları üzrə I kursu bitirən tələbələri iştirak edə bilər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, proqrama əsasən, tələbələr I və II kursda Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alır, III kursda MDHİU-da təhsillərini davam etdirirlər. IV kursda isə UNEC-də təhsillərini başa vururlar.
Akademik öhdəliklərini yerinə yetirən tələbələrə mühasibat uçotu ixtisası üzrə Rusiyanın təhsil və kvalifikasiya sənədi - bakalavr diplomu və öz ixtisası üzrə UNEC diplomu veriləcək.
Müraciətlər avqustun 15-dək qəbul olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:55]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]