Moskva Milli-Mədəni Muxtariyyəti bəyanat yayıb
Bakı, 27 yanvar, AZƏRTAC
Moskva Milli-Mədəni Muxtariyyəti ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı silahlı hücumu pisləyən bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və səfirliyimizin iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktından dərin narahatlıq qeyd olunub.
Soydaşlarımız yerli və beynəlxalq ictimaiyyəti regionumuzda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, sabitlik əleyhinə yönəlmiş cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması üçün əməli addımlar atmağa çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]