Moskva müftisi Qurban bayramı ilə əlaqədar bəzi təşkilatların etirazlarına cavab verib
Moskva, 15 iyul, AZƏRTAC
Qurban bayramı zamanı kəsilən heyvanların ətindən hazırlanmış konservlər yoxsul ölkələrə humanitar yardım kimi göndərilir.
AZƏRTAC xəbər verir ki, bunu Moskvanın müftisi, Rusiya Müsəlmanları Məclisinin sədri Albir Krqanov bəzi təşkilatların Qurban bayramında həddindən çox heyvan kəsilməsi və israfçılığa yol verilməsi barədə ittihamlarına cavab olaraq bildirib. O deyib ki, Qurban bayramı günləri, o cümlədən Həcc ziyarətində Səudiyyə Ərəbistanında kəsilən heyvanların əti yoxsul, hərbi əməliyyatlar gedən ölkələrin əhalisinə paylanır.
A.Krqanov, həmçinin qeyd edib ki, pandemiya ilə əlaqədar Rusiya müsəlmanları onlayn formatda qurbanlıq heyvan seçə biləcəklər. Halallıq şəraitində kəsiləcək heyvanın əti sifarişçinin evinə gətiriləcək.
Qeyd edək ki, bu il koronavirus pandemiyası ilə əlaqədar Rusiyanın bir çox regionlarında, o cümlədən Moskva şəhərində və Moskva vilayətində, Sankt-Peterburqda bayram namazları onlayn qılınacaq. Müsəlmanlara bayram günlərini ailələri ilə birlikdə evdə keçirmək tövsiyə olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]