MOSKVADA ATƏT-İN YENİDƏN QURULMASI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Mark Perren de Brişambonun Moskvaya ikigünlük işgüzar səfəri çərçivəsində ATƏT-in yenidən qurulması, qurumun fəaliyyətinin səmərəliliyini artırmaq məsələləri müzakirə olunmuşdur.
Rusiya XİN-in İnformasiya və mətbuat departamentindən bildirmişlər ki, səfər zamanı bir çox məsələlər, o cümlədən ATƏT-ə ehtiyacın artması, onun potensialının yeni təhdidlərə və çağırışlara, terrorizmlə və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə yönəldilməsi məsələləri müzakirə olunmuşdur. Moskva görüşlərində Avropa təhlükəsizliyinin üç meyarı – hərbi-siyasi, iqtisadi və humanitar meyarlar baxımından qurumun fəaliyyətinə nəzər salınmış, bəzi regional məsələlərə toxunulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:47]
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
- 13.10.2026 [16:44]
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
- 13.10.2026 [14:02]
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
- 13.10.2026 [13:49]
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
- 13.10.2026 [13:44]
Laos Prezidenti Zəfər parkını ziyarət edib
- 13.10.2026 [12:31]