MOSKVADA DİNİ LİDERLƏRİN ZİRVƏ GÖRÜŞÜNƏ HAZIRLAŞIRLAR
“Novosti” agentliyində keçirilən mətbuat konfransında bildirilmişdir ki, tədbir “böyük səkkizliyin” iyulda Rusiyada nəzərdə tutulan görüşünə həsr olunmuşdur. Zirvə görüşünün əsas mövzuları terrorizm və ekstremizmlə mübarizə, əcnəbilərə nifrət və dözümsüzlük problemi, qloballaşma dövründə müxtəlif konfessiyaların qarşılıqlı fəaliyyəti və bəzi digər mənəvi məsələlər olacaqdır. Təşkilatçılar bildirmişlər ki, forumdan başlıca məqsəd dini liderlərə dövrümüzün ən aktual məsələləri ilə bağlı mövqelərini müzakirə edərək, öz fikirlərini “böyük səkkizliyin” diqqətinə çatdırmaqdır. RDŞ-yə daxil olan konfessiyaların nümayəndələrinin fikrincə, dini liderlərin səmimilik ab-havasında ünsiyyəti cəmiyyətə müsbət təsir göstərəcək və beynəlxalq dini təfəkkürə təkan verəcəkdir.
Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin nümayəndəsi Azər Əliyev demişdir ki, dünya dinləri liderlərinin zirvə görüşü bir-biri ilə dinc yanaşı yaşamalı olan sivilizasiyaların və müxtəlif konfessiyaların nümayəndələri arasında daha dərin dialoqun yaradılması prosesinə kömək edəcəkdir.