Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildlik roman-tədqiqatın təqdimatı keçirilib

Moskva, 12 dekabr, AZƏRTAC

Dekabrın 11-də Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycanın Əməkdar Jurnalisti, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildlik roman-tədqiqatının təqdimatı keçirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə “Kanon-plyus” nəşriyyatında çapdan çıxmış üçcildlikdə bu dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrləri barədə maraqlı faktlar, onun müsahibələri və arxiv materialları toplanıb.

AZƏRTAC xəbər verir ki, həmin gün tanınmış siyasi və ictimai xadimlər, Heydər Əliyevin dostları və məsləkdaşları, dost ölkələrin səfirləri Ulu Öndərin xatirəsini yad etmək üçün Azərbaycanın Rusiyadakı səfirliyinə gəlmişdilər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu gecəni açaraq qeyd edib ki, ənənəyə görə Azərbaycan xalqının ümummilli liderinin anım günündə Heydər Əliyevin dostları və məsləkdaşları onun dəfələrlə olduğu bu səfirliyin binasında toplaşırlar. Bu dəfə görkəmli dövlət xadimi Heydər Əliyevin xatirə günündə yazıçı-publisist, Ulu Öndərin irsinin tədqiqinə illərlə vaxt sərf etmiş Elmira Axundovanın yeni üçcildliyi təqdim olunacaq.

P.Bülbüloğlu deyib: “Elə insanlar var ki, onlar çox şeyi müəyyən edir. Biz deyəndə ki, Heydər Əliyev müasir Azərbaycanın memarıdır, - bu həqiqətən belədir. Ona görə ki, SSRİ dağılandan sonra insanlar hədsiz təşviş keçirdiyi, özlərini çıxılmaz vəziyyətdə hiss etdiyi bir vaxtda iş elə gətirdi ki, Azərbaycanda hakimiyyətə gələn insanlar bu hakimiyyətlə necə rəftar etməyi əsla bilmirdilər. Qısa müddətdə ölkə vətəndaş müharibəsi həddinə, uçurum həddinə çatmışdı. Belə bir vaxtda xalqımız Heydər Əliyevə müraciət edərək onun Bakıya qayıtmasını xahiş etdi. Müasir Azərbaycanın təşəkkülü Heydər Əliyevin respublika rəhbərliyinə qayıtdığı andan başlanır”.

Diplomat qeyd edib ki, onun özünün də bir şəxsiyyət və bəstəkar kimi formalaşmasında Ulu Öndər böyük rol oynayıb. P.Bülbüloğlu deyib: “Mən Heydər Əliyevin hökumətində on il mədəniyyət naziri vəzifəsində işləmişəm. Bu, böyük məktəbdir, bu məktəb ömrümün sonuna qədər mənimlə qalacaq. Heydər Əliyevin sayəsində Azərbaycanda mədəniyyət və incəsənət xadimlərinin bütöv bir pleyadası yetişib”.

Kitabın müəllifi Elmira Axundova bu genişmiqyaslı layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Heydər Əliyev Fondunun icraçı direktoru, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərova təşəkkürünü bildirib. O qeyd edib ki, “Heydər Əliyev: Şəxsiyyət və zaman” altıcildliyinin bu yeni variantı xarici ölkələrdəki oxucular, o cümlədən rusiyalı oxucular üçün nəzərdə tutulub. Kitabda Heydər Əliyev haqqında bu günə qədər məlum olmayan faktlar toplanıb. Roman arxiv sənədləri və rəsmi sənədlər, Azərbaycan xalqının Ümummilli Liderinin dostları, doğmaları və məsləkdaşları ilə yüzlərlə söhbətin lent yazıları əsasında qələmə alınıb. Kitabın müəllifi deyib: “1991-ci ilin yanvar ayını xatırlayıram. Naxçıvanda darısqal bir mənzildə əyləşmişdik. O mənə öz keçmişi barədə, Mixail Qorbaçov ilə qarşılıqlı münasibətləri barədə, SSRİ-nin məhvə məhkum olması, Azərbaycanın tezliklə müstəqil olacağı və bunun üçün bizim hamımızın çalışmalı olmağımız barədə danışırdı. Mən Heydər Əliyevə baxır, onun dediklərini tam anlaya bilmirdim. O vaxt bəlkə heç kəs güman edə bilməzdi ki, Azərbaycanın sabiq kommunist lideri, Siyasi Büronun üzvü tezliklə bütün dünyanı heyrətləndirəcək. O, birincilərdən biri olaraq Naxçıvanda Sovet Hakimiyyətini ləğv edəcək, birinci Azərbaycan Xalq Cümhuriyyətinin himnini və bayrağını qaytaracaq, Naxçıvanı soyuqdan, aclıqdan, parçalanmaqdan və işğaldan xilas edəcək. Üç ildən sonra isə o, xalqın iradəsi ilə Azərbaycanda hakimiyyətə qayıdacaq, vətəndaş müharibəsinin qarşısını alacaq, ölkənin parçalanmasını dayandıracaq, döyüş qabiliyyətli ordu yaradacaq, neft kontraktları imzalayacaq və keçmiş İttifaqda birinci olaraq torpaq üzərində xüsusi mülkiyyət elan edəcək.

E.Axundova kitabın qəhrəmanının uğurunun sirri nədədir? - sualına cavab olaraq vurğulayıb ki, Heydər Əliyev tarixi şəraitlə birlikdə dəyişməyi bacarırdı və bunu çox üzvi şəkildə edirdi. O deyir: “Onun üçün başlıca məsələ - ölkənin və xalqın milli maraqları idi. Mənim üçcildliyimin iki qəhrəmanı var - Heydər Əliyev və XX əsr. Mənim qəhrəmanım kimi, bu dövr özü də faciəli, ziddiyyətli, çoxölçülü və parlaqdır. Heydər Əliyevin ömür yolu çox çətin olub. Tale yollarında onu yüksəliş və enişlər, gəncliyində bütün varlığı ilə inandığı idealların iflasa uğramasını görmək, sədaqətlə xidmət etdiyi ölkənin parçalanmasının şahidi olmaq gözləyirdi. O, yeni dövrə qədəm qoymalı və həyatını təzə səhifədən başlamalı oldu. Bir neçə tarixi dövr uzunluğunda bu həyat bütün XX əsri əks etdirirdi. Heydər Əliyev xoşbəxt insan idi və onun ən böyük xoşbəxtliyi onun zəhmətinin bəhrəsi olan yenilənmiş Azərbaycandır”.

RF Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski üçcildliyin müəllifi Elmira Axundovaya bu kitabın yaradılması üçün çəkdiyi böyük zəhmətə görə təşəkkürünü bildirib. L.Slutski deyib: “Bu, gözəl kitabdır. Bu zaldakı adamların çoxu yəqin ki, “Görkəmli adamların həyatı” seriyasından olan kitabları oxuyublar. Lakin öz dərinliyi ilə fərqlənən bu kitab müasir Azərbaycanın yaradıcısı olan insanın həyatından bəhs edir. Bu gün firavanlaşan, müstəqil, uğurlu Azərbaycanı onun banisi olmuş insandan ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycan məhz bu insanın sayəsində müstəqil dövlət kimi formalaşıb. Belə kitabları oxuyanda başa düşürsən ki, bu sətirlərin müəllifi incə qəlbli bir insan, öz qəhrəmanını çox sevən bir qadındır. Bu, çox sanballı əsərdir. Onu vərəqləmək yox, oxumaq və təsirini Azərbaycanın hüdudlarından uzaqlarda da hiss etdiyimiz böyük şəxsiyyətlə təmasda olmaq lazımdır. İndi onun işini Prezident İlham Əliyev uğurla davam etdirir və Azərbaycan məhz Heydər Əliyevin nəzərdə tutduğu kimi böyük sıçrayış edib. Azərbaycan həm iqtisadiyyatda, həm sosial siyasətdə, həm də başqa ölkələrlə, o cümlədən Rusiya ilə əməkdaşlıqda mütəmadi inkişaf yolu ilə inamla irəliləyir”.

L.Slutski əmin olduğunu bildirib ki, Heydər Əliyevə hələ çox maraqlı əsərlər həsr ediləcək. Siyasətçi vurğulayıb: “Lakin Azərbaycanın böyük oğluna həsr edilmiş bu üçcildlik həmişə xüsusi yer tutacaq”. Dövlət Dumasının deputatı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna da ikitərəfli münasibətlərin inkişafı naminə uğurlu diplomatik işinə görə təşəkkürünü bildirib.

Təqdimat mərasimində Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) professoru, Rusiya Politologiya Cəmiyyətinin prezidenti Oksana Qaman-Qolutvina, Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal, RF-nin Əməkdar Rəssamı Nikas Safronov, Gürcüstan “Mədəniyyətlərin dialoqu-XXI” Assosiasiyasının prezidenti Valeri Asatiani çıxış ediblər.

Qeyd edək ki, “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyi ümummilli lider Heydər Əliyev haqqında Moskvada nəşr edilmiş ilk böyük əsərdir. Qazaxıstanın Xalq Yazıçısı Oljas Süleymenov üçcildliyə ön sözdə yazır: “E.Axundovanın bu kitabı məhəbbətdən yaranıb. Belə kitablar lazımdır: onlar rəhbərlərin yeni nəslinin yetişdirilməsinə kömək edir. Bir ölkədə iki dövlətin rəhbəri olmuş Heydər Əliyevin nadir təcrübəsi xüsusilə qiymətlidir”.

Xatırladaq ki, yazıçı-publisist Elmira Axundova “Heydər Əliyev: Şəxsiyyət və zaman” altıcildliyinə görə Azərbaycan dövlət mükafatına layiq görülüb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir