MOSKVADA HÜSEYN XAN NAXÇIVANSKİ HAQQINDA “ƏLAHƏZRƏTİN GENERAL-ADYUTANTI” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Kitabın müəllifi Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü, Rusiya Yazıçılar İttifaqının üzvü, Naxçıvan Dövlət Universitetinin fəxri doktoru, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, professor Rudolf Nikolayeviç İvanovdur. Kitabın əvvəlində o, əsərin çapa hazırlanmasında dəstəyinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya səmimi təşəkkürünü bildirmişdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təqdimat mərasimini açaraq, xalqımızın görkəmli oğlu haqqında bu dəyərli kitabın ərsəyə gəlməsi üçün çəkdiyi zəhmətə görə R.İvanova ölkəmizin hökuməti adından təşəkkür etmişdir. O, yazıçının yaradıcılığına böyük diqqətlə yanaşaraq, bu sanballı tarixi əsərin nəşrinə kömək göstərmiş Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rolunu xüsusi vurğulamışdır.
Rudolf İvanov çıxışında bildirmişdir ki, o, Qafqazda doğulmuş, həyata vəsiqəni Bakıda almışdır, buna görə daim günəşli Azərbaycana övladlıq borcunu qaytarmağı arzulamışdır. Yazıçı demişdir: “Hüseyn xan Naxçıvanskinin mənsub olduğu sülalənin dörd nəsli namusla, sədaqətlə və can-başla xidmət edərək, yüksək mənəviyyat və misilsiz qəhrəmanlıq nümunəsi göstərmişdir. Fəxr edirəm ki, Hüseyn xan Naxçıvanski kimi qeyrətli və sadiq bir insanın unudulmuş həyatını canlandıra bilmişəm. Mənim yaradıcılığıma xoş münasibətə görə ölkənizin hökumətinə, səfirliyə, xüsusilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva başqa olmaqla Fonda təşəkkürümü bildirmək istərdim”. Yazıçı vurğulamışdır ki, hazırda Cavad xan Naxçıvanski haqqında kitab üzərində işə başlamışdır.
Sonra çıxış edən yazıçı-tarixçi Əbdül Hüseynov, general-mayor, iqtisad elmləri doktoru, professor Yuri Makarıçev, tarixçi və publisist Ramiz Abutalıbov və başqaları ölkəmizin tarixinin obyektiv şəkildə öyrənilməsində əsərin əhəmiyyətini diqqətə çatdırmışlar.
R.İvanov 26 kitabın, o cümlədən Rusiya imperiyasının və Qafqazın tarixi haqqında əsərlərin, habelə 200-dən artıq məqalə və oçerkin müəllifidir. O, İmam Şamil və onun silahdaşı Hacı Murad, qafqazlılardan ibarət məşhur diviziya (Dikaya diviziya), görkəmli dövlət xadimi Maqsud Əlixanov haqqında kitablar yazmışdır. “Bəyazidin müdafiəsi: həqiqət və yalan” povesti də onun qələminin məhsuludur. Həmin əsərdə Rusiya-Türkiyə müharibəsi hadisələri və Bəyazid epopeyasının həqiqi qəhrəmanlarının adları doğru-düzgün əksini tapmışdır.
R.İvanov son tarixi əsəri olan “Əlahəzrətin general-adyutantı” kitabında qəhrəman və fədakar sərkərdə Hüseyn xan Naxçıvanski görkəmli şəxsiyyətlərin əhatəsində, həmin dövrün epoxal hadisələrinin mərkəzində təsvir edilmişdir. H.Naxçıvanski Rusiyanın 20 ordeni, o cümlədən iki Müqəddəs Georgi ordeni, “Cəsurluğa görə” Qızıl silah və 9 xarici ordenlə təltif olunmuşdur.
O, Rusiyada orduda general-adyutant rütbəsinə layiq görülmüş ilk və yeganə müsəlman idi. Böyük knyazlar Mixail Aleksandroviç və Dmitri Pavloviç, gələcək generallar P.Vrangel, A.Denikin, Ukraynanın gələcək getmanı P.Skoropadski və Finlandiyanın Prezidenti K.Mannerheym müxtəlif dövrlərdə Hüseyn xanın komandanlığı altında xidmət etmişlər.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab hərbi tədqiqatçılar, tarixçilər və tələbələr üçün faydalı olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [20:00]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [19:34]
“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə
- 16.10.2026 [19:29]
Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib
- 16.10.2026 [19:21]
Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib
- 16.10.2026 [19:09]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [19:07]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:43]
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır
- 16.10.2026 [18:42]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:40]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:33]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:23]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:20]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [18:19]
Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir
- 16.10.2026 [18:13]
“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur
- 16.10.2026 [18:12]
ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:59]
TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib
- 16.10.2026 [17:57]
BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir
- 16.10.2026 [17:48]
Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub
- 16.10.2026 [17:47]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [17:40]
Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur
- 16.10.2026 [17:38]
BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
- 16.10.2026 [17:32]
Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib
- 16.10.2026 [17:31]
Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub
- 16.10.2026 [17:31]
Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir
- 16.10.2026 [17:26]
“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb
- 16.10.2026 [17:23]
AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
- 16.10.2026 [17:17]
Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb
- 16.10.2026 [17:15]