Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Moskva, 26 fevral, AZƏRTAC

Moskvadakı Yəhudi muzeyi və Tolerantlıq Mərkəzində Xocalı faciəsi qurbanlarına həsr olunmuş xatirə axşamı keçirilib. Tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycanın Rusiyadakı səfirliyi və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkil etdikləri xatirə axşamında tanınmış ictimai-siyasi xadimlər, Moskvada akkreditə olunmuş diplomatik korpusun və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Əvvəlcə rejissor Vaqif Mustafayevin “Ağrını içimizdən çəkək” sənədli filmi göstərilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək həmin dəhşətli gecədə baş vermiş hadisələrdən danışıb. O qeyd edib ki, erməni silahlı dəstələrinin 366-cı motoatıcı alayın dəstəyi ilə Xocalı şəhərinə hücum etməsindən 27 il ötür. Həmin hücumdan əvvəl hərbi əməliyyat hazırlanıb, məhv ediləcək bütün əsas nöqtələr düşünülüb, bu şəhərə giriş yolları müəyyən edilib. “Cinayətkarlar öz cəzalarına çatmayana qədər biz hamımız özümüzü Xocalı qurbanı hesab etməli və dünya ictimaiyyətinin Xocalı soyqırımını tanımasına nail olmalıyıq. Bugünədək 16 ölkənin parlamenti və ABŞ-ın 19 ştatı bu terror aktını pisləyib. Xocalı soyqırımının bütün dünyada tanınması istiqamətində “Xocalıya ədalət!” kampaniyası təşəbbüsünü irəli sürən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva böyük işlər görür. Bugünkü tədbirimizi də Heydər Əliyev Fondunun dəstəyi ilə keçiririk. Buna görə mən Leyla xanıma, həmçinin Fondun Rusiya nümayəndəliyinin əməkdaşlarına xüsusilə təşəkkür etmək istəyirəm. Mən, həmçinin bu ağır gündə bizim yanımızda olduqlarına görə rusiyalı dostlarımıza, həmkarlarıma, səfirlərə, diplomatik korpusun təmsilçilərinə artıq dərəcədə minnətdaram”, -deyə P.Bülbüloğlu qeyd edib.

Milli Məclisin deputatı Rasim Musabəyovun sözlərinə görə, bu kədərli tarix təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində qeyd olunur. O, bu yaxınlarda İsrailə səfərindən, oradakı Akko şəhərində Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə keçirilən tədbirdən bəhs edib.

Deputat xatırladıb ki, həmin vaxt Dağlıq Qarabağda cəmi 130 min erməni vardı və Dağlıq Qarabağ və ona bitişik rayonlarda yaşayan 700 min azərbaycanlı işgəncə və ölüm qorxusu altında evlərini tərk etməli olublar. R.Musabəyov deyib: “Bu qanlı qırğını törədənlər münaqişənin sülh yolu ilə nizamlanmasını istəmirdilər. Onlara çoxlu qan tökülməsi lazım idi. Bu müharibəni başladanlar Ermənistanda yüksək vəzifələrə təyin olundular. Məsələn, Robert Koçaryan, onun ardınca Serj Sarkisyan Ermənistan prezidenti oldular. Ermənistan prezidenti olan Sarkisyan jurnalistlərə bəyan etmişdi: “Xocalı faciəsinə qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar elə bilirdilər ki, ermənilər mülki vətəndaşlara əl qaldırmazlar. Biz isə bu stereotipi sındıra bildik”. 366-cı alayında batalyon komandiri olmuş və Xocalıya hücumu təşkil etmiş Seyran Oqanyan Ermənistanın müdafiə naziri oldu. Bəziləri generala, digərləri milyarderə çevrildilər. Hamısı da azərbaycanlıların qanı bahasına. Azərbaycan qisas gününü gözləmir. Biz ədalət gözləyir və ona ümid edirik”.

Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri, beynəlxalq hüquq üzrə ekspert Nizami Səfərov çıxışında diqqəti beynəlxalq ictimaiyyətin soyqırımı faktını siyasi müstəvidə tanımasının vacibliyinə yönəldib. Onun sözlərinə görə, bu problemin əsas komponentlərindən biri soyqırımı, hərbi cinayətlər və insanlıq əleyhinə qarşı cinayət kimi hərəkətlərə görə cəzasızlığa son qoyulmasıdır. O, Xocalı faciəsini törədənlərin heç birinin müttəhimlər kürsüsündə oturmadığı faktını ikili standartların göstəricisi adlandırıb. N.Səfərov vurğulayıb: “Bu soyqırımı aktı Azərbaycan xalqına qarşı aparılan ardıcıl etnik təmizləmə siyasətinin davamı idi. Çox təəssüf ki, biz bugünədək günahkarların cəzalandırılmasına nail ola bilməmişik. Dünya ictimaiyyəti Ruanda, Livan və digər ölkələrlə bağlı xüsusi tribunallar təsis edib. Lakin Azərbaycanda kütləvi qırğınların günahkarları barəsində heç bir cəza tədbiri görülməyib. Tam əminliklə deyə bilərəm ki, bu cinayəti törədənlər müttəhimlər kürsüsündə oturacaqlar, çünki bu cür cinayət işlərinin qapadılması qanunla mümkün deyil. Beynəlxalq hüquqda bir sıra hüquq alətləri mövcuddur və tez və ya gec qatillər öz cəzalarını alacaqlar”.

Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Rusiya Dövlət Humanitar Universitetinin prezidenti Yefim Pivovar çıxışında deyib “Mən heç nədən və heç bir səbəb olmadan, sadəcə orada yaşadıqları üçün qətlə yetirilən, heç nədən xəbəri olmayan və heç kimin əleyhinə çıxmayan, heç bir qanunları pozmayan, silahı olmayan, hətta onlara nədən işgəncə verildiyini başa düşməyən uşaqların, qocaların, qızların, gənc oğlanların, qadınların xatirəsi önündə baş əymək istəyirəm”. O qeyd edib ki, Xocalı faciəsinin sülh prosesi üçün heç bir imkan yeri qoymamaq, təşviş yaratmaq və insanları öz doğma yerlərindən didərgin salmaq məqsədilə əvvəlcədən planlaşdırılmış aksiya olduğuna heç bir şübhə yoxdur. Bu hadisənin təfərrüatlarını indiki gənc nəslə, Azərbaycan, Rusiya və Ermənistan, habelə digər ölkələrin gənclərinə çatdırmaq mühümdür. Bu cinayətin unudulmaması və heç bir zaman təkrar olunmaması zəruridir. “Düşünürəm ki, biz bu cinayətin yaddaşlardan silinməməsi, cinayətkarların cəzalandırılması üçün hər şeyi edəcəyik”, deyə o vurğulayıb.

“Vestnik Kavkaza” informasiya agentliyinin baş direktorunun müavini Andrey Petrov qeyd edib ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının ingilis dilində tərcüməsi çox dəqiq alınıb - “Justice for Khojaly”, çünki “justice” kəlməsi təkcə ədalət deyil, həm də ədalət məhkəməsi mənasındadır. Bu isə Azərbaycanın nail olmaq istədiyi məqsəddir. O əlavə edib: “Bu hadisənin faciə adlandırılması təsadüfi deyil, biz olmuş faciəni aradan qaldıra bilmərik, lakin özümüzü və yaxınlarımızı bu cür faciələrin təkrar olunmasından qoruya bilərik. Birincisi, mümkün qədər çox insanı bu faciənin təfərrüatları barədə məlumatlandırmalıyıq, ikincisi, həqiqəti təhrif etmək və kiçiltmək cəhdlərinin qarşısını almalıyıq, üçüncüsü isə, xocalıların qətlinə görə qatillərin mühakimə olunması uğrunda mübarizə aparmalıyıq”.

RAGB-nin fəalı Orxan Kərimov gənclərin adından beynəlxalq ictimaiyyəti Xocalıya ədalətə çağırıb. O deyib: “Gənclərin bu faciəni xatırlaması mühümdür. Əminəm ki, ədalət zəfər çalacaq və xocalılar öz doğma yurdlarına qayıdacaqlar”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb