Mövlud Çavuşoğlu : Türk Şurasının güclənməsi istiqamətində tədbirlər intensivləşdiriləcək
Bakı, 6 fevral, AZƏRTAC
Türk Şurasının güclənməsi istiqamətində tədbirlərimizi intensivləşdirəcəyik.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirləri Nyu-Yorkda bir araya gələcək.
“Katibliyə yeni təkliflərin hazırlanması ilə bağlı səlahiyyət verilib. Həmin təkliflər Türk Şurasının bu il Türkiyədə keçiriləcək iclasında prezidentlərə təqdim ediləcək. Bundan sonra isə müşahidəçi ölkələrə status veriləcək”, - deyə Türkiyənin Xarici İşlər naziri qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]