Mövlud Çavuşoğlu: Qəbul edəcəyimiz qərarları, atacağımız birgə addımları hər kəs qəbul etməlidir
Ankara, 28 oktyabr, AZƏRTAC
Ermənistanla münasibətlərə dair atdığımız addımları Azərbaycanla məsləhətləşməklə müəyyən edirik. Füzuli səfəri çərçivəsində də bu istiqamətdə müzakirələr apardıq. Ermənistan tərəfindən də önəmli mesajlar gəlib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk” telekanalının hazırladığı xüsusi proqramdakı çıxışında ifadə edib.
Ermənistanın atdığı addımlara Azərbaycan və Türkiyənin məsləhətləşərək qarşılıq verdiyini diqqətə çatdıran nazir vurğulayıb ki, artıq müharibə bitib. Sülh sazişi imzalanmalıdır.
Mövcud vəziyyət barədə ətraflı məlumat verən Mövlud Çavuşoğlu deyib: “Qəbul edəcəyimiz qərarları, atacağımız birgə addımları hər kəs qəbul etməlidir. Ermənistan da artıq bunları qəbul edir”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümünü qeyd edilib
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
- 14.08.2026 [14:39]
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub
- 14.08.2026 [11:07]