MSK deputatlığa namizədliyi qeydə alınmış Qələndər Muxtarlının şikayətini təmin etməyib
Bakı, 14 sentyabr, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 14-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən namizədliyi qeydə alınmış Qələndər Muxtarlının müraciətinə baxılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova bildirib.
Onun sözlərinə görə, şikayətçi seçki dairəsi üzrə bir çox seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması barədə müraciət edib. Müraciətə 32 akt və 1 ədəd elektron informasiya daşıyıcısı da əlavə edilib.
A.Muxtarova bildirib ki, səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar müəyyən edilməyib, dəyişdirilmədən saxlanılıb.
Bu barədə məsələ iclasda səsverməyə çıxarılıb və qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]