Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müalicəvi xüsusiyyətlərinə görə Naftalan neftinin dünyada bərabəri yoxdur

Bakı, 13 iyul (AZƏRTAC). Azərbaycanda müalicəvi turizmin imkanlarından danışarkən adı dillər əzbəri olan Naftalan neftindən bəhs etməmək mümkün deyildir. Müalicəvi xassələrə malik Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin aradan qaldırılmasında əvəzsizdir. Bu təbii müalicə vasitəsinin qaraciyər xəstəliklərinin, oynaqların və oynaqdankənar yumşaq toxumaların müalicəsində müstəsna əhəmiyyəti artıq bütün dünyada məlumdur.

Hələ qədim dövrlərdə Asiyanın müxtəlif guşələrindən, o cümlədən uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə insan müxtəlif xəstəliklərdən xilas olmaq üçün burada Naftalan nefti ilə müalicə olunmuşdur. Tarixi mənbələr sübut edir ki, ta qədimdən başlayaraq tuluqlar yüklənmiş dəvə karvanları vasitəsilə Naftalan nefti Azərbaycandan Şərq ölkələrinə aparılırmış.

1887-ci ildə Yeqer soyadlı alman mühəndis Almaniyada “Naftalan” məlhəmini istehsal etməyə başlamış və dünyanın bir sıra ölkələrinə ixrac etmişdir. Rus-yapon müharibəsi dövründə Yaponiya əsgərlərinin çantalarında içərisində Naftalan məlhəmi olan kiçik qablar olmuşdur. Həmin qabların üzərində qısa, lakin çox ümidverici belə bir yazı vardı: “Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın”.

Naftalanda dünyada yeganə olan bir muzey vardır. Bu muzeyin eksponatları atılmış qoltuq ağaclarıdır. Xəstələr sağaldıqları üçün qoltuq ağaclarını burada qoyub gedərlərmiş.

Naftalan kurortu rəsmən 1935-ci ildən fəaliyyət göstərir. Bu kurort 1957-ci ilədək mövsümi işləmiş, həmin ildən etibarən isə ilboyu fəaliyyət göstərməyə başlamışdır. Çarpayılarının sayı ildən - ilə artan kurortun bazasında 1982-ci ildə Naftalan Sanatoriya Birliyi yaradılmışdır. O zaman 6 sanatoriya, kurort poliklinikasından ibarət kurort birliyində 3200 çarpayı var idi. Kurort birliyi il ərzində keçmiş sovet ittifaqının respublikalarından 50-70 min xəstə qəbul edirdi.

SSRİ-nin dağılması və Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1991-ci ildən etibarən bu kurorta gələnlərin sayı kəskin surətdə azalmağa başladı. O vaxtlar Azərbaycanın qarşılaşdığı gərgin vəziyyətlə əlaqədar burada yerləşən sanatoriya və pansionatların əksəriyyətində məcburi köçkünlər məskunlaşmışdı. Digərləri isə fəaliyyətini birdəfəlik dayandırmalı olmuşdu.

Artıq gərginlik dövrü arxada qalmışdır. Son illərdə Naftalanın əvvəlki şöhrətini qaytarmaq istiqamətində həyata keçirilən tədbirlər bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində bu məşhur kurort şəhərinin infrastrukturu tamamilə yenilənmiş və müasir müalicə mərkəzləri istifadəyə verilmişdir. Bunun nəticəsidir ki, hazırda ilin bütün fəsillərində, xüsusilə yay aylarında Naftalana nəinki Azərbaycanın digər bölgələrindən, eləcə də bir çox xarici ölkələrdən müalicə məqsədilə gələnlərin sayı artmaqdadır. Naftalana ənənəvi olaraq Rusiya, Polşa, Almaniya, Fransa, İran, Türkiyə, Filippin və başqa ölkələrdən şəfa tapmağa gələnlər çoxluq təşkil edir. Bu insanları kurort şəhərinə gətirən isə təbii ki, Naftalan neftinin dünyada qazandığı şöhrətlə bağlıdır. Buraya gələnlər Naftalan nefti və onun əsasında hazırlanan məlhəmlərlə müalicə alırlar. Naftalanın təkcə nefti deyil, həm də təmiz havası şəfa tapmaq üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, son vaxtlar istifadəyə verilmiş “Sehrli Naftalan” sağlamlıq və istirahət mərkəzinə gələn turistlərin sayı daha çoxdur. Dünya standartları səviyyəsinə uyğun inşa olunmuş mərkəzdə müalicə otaqları, neft vannaları, müasir tibb avadanlığı və digər xidmətlərin göstərilməsi üçün kabinetlər mövcuddur. Bu sağlamlıq mərkəzinə gələnlər gün ərzində Naftalan vannası, naftalan-parafin aplikasiyası, masaj, vibromasaj, iynəsancma və digər müalicə üsulları ilə yanaşı, mərkəzin bütün xidmətlərindən istifadə edə bilərlər.

Naftalan neftinin reklamı ilə əlaqədar məşhur alman dermotoloqu P.P. Unna 1903-cü ildə demişdir: “Kim Naftalana malikdirsə, onun hər şeyi vardır”.

Azərbaycanın çoxsaylı təbii müalicəvi faktorları sırasında Naftalan nefti bioloji təsir xüsusiyyətlərinə görə orijinallığı ilə seçilir və dünyada analoqu yoxdur. Hələ çox qədim zamanlardan, Naftalan nefti və onun müalicəvi əhəmiyyəti haqqında insanlarda məlumat olmuşdur. Yazılı mənbələrdə Naftalan haqqında məlumatlara Nizami Gəncəvinin, məşhur səyyah Marko Polonun əsərlərində rast gəlmək olar.

Naftalanın Rusiyada məşhurlaşmasında, bioloji və müalicəvi təsir xüsusiyyətlərinin öyrənilməsində Azərbaycan alimlərindən Ş.Həsənov, A.Qarayev, A.Həsənov, K.Eqerov, A.Quliyev, T.Paşayev, E.Əfəndiyev, B.Eyvazov, S.Salixov, İ.İsmayılzadə, D.Təqdisi, S.Quliyeva və başqalarının elmi tədqiqatları əhəmiyyətli yer tutur. Bunlar Naftalan sanatoriyasını daha sürətlə inkişaf etməsinə səbəb olmuşdur. Bunu nəticəsidir ki, keçmiş sovet respublikalarından Naftalan vannaları qəbul etmək üçün Azərbaycana gələnlərin sayı artmışdır. Qeyd edək ki, 1987-ci il üçün rəsmi olaraq müraciət edən xəstələrin sayı 70 min 99 nəfər olmuşdur.

İndiyədək Naftalanla bağlı 2700-dən artıq elmi iş, çoxlu sayda monoqrafiya, o cümlədən 270-ə yaxın namizədlik və doktorluq işi görülmüşdür.

Tədqiqatlar göstərir ki, qatı konsistensiyalı, qara-qəhvəyi rəngdə özünəməxsus ətirli bir maye olan Naftalan neftinin əsas təsiredici maddəsi naften karbohidratlarıdır. Bu maddələr ağrıkəsici, iltihab əleyhinə, damargenişləndirici, antiallergik təsirə malikdir. Bütün bunlara əsaslanaraq Naftalan nefti tibbin bir çox sahələrində əvəzsiz müalicə metodu kimi qəbul edilmişdir.

Oynaq xəstəliklərinin naftalan terapiyası patogenetik müalicə üsuludur. Bu müalicənin təsirini artırmaq üçün naftalanla paralel kompleks şəklində fiziki və dərman müalicəsi də tətbiq olunur. Naftalan orqanizmin müdafiə proseslərində vacib rol oynayan sinir və retikuloendotel sistemlərinə təsir göstərərək iltihabi proseslərin aradan qaldırılmasına, ağrıların azalmasına, qan dövranının yaxşılaşmasına kömək edir. Naftalan xondroitinsulfat sintezini stabilləşdirir, yeni qığırdaq hüceyrələrinin artmasına təkan verir, bunun nəticəsində isə oynaq qığırdaqları bərpa olunur.

Naftalan müalicəsi, massaj, fizioterapiya, müalicəvi bədən tərbiyəsi kimi komponentləri ehtiva edən kompleks sanator-kurort müalicəsi nəticəsində daha yaxşı müalicə effekti əldə edilir. Məqsədyönlü müalicə aparıldıqda patoloji təzahürlər azalır, yaxud aradan qalxır, əzələ spazmaları azalır, oynaqların funksional tutulmaları aradan qaldırılır. Bütün bunların nəticəsində hərəkətlilik artır və ağrı hisləri azalır. Balneoterapiya, hidroterapiya, manual terapiya və əzələlərin postizometrik relaksasiyası, klassik massaj və fizioterapiyanın paralel tətbiqi ilə aparılan kompleks konservativ müalicə üsulu skolioz zamanı daha effektiv nəticələr verir.

Naftalan və naftalan preparatları qədim dövrlərdən dəri xəstəliklərinin müalicəsi üçün istifadə edilir. Psoriaz, ekzema, dermatit və digər dəri xəstəliklərinin naftalanla müalicəsi bu xəstəliklərə qarşı aparılan ən effektiv müalicə üsullarından biri sayılır.

Bakıda 2002-ci ildə fəaliyyətə başlayan “Naftalan” Sağlamlıq Mərkəzi XXI əsrin başlanğıcında tarixin sınağından çıxmış bu möcüzəli müalicə vasitəsinin yenidən tətbiq və təbliğ etmək missiyasını öz öhdəsinə götürmüşdür. Kompleks müayinə metodları vasitəsilə naftalanla müalicəyə tibbi göstəriş və əks göstərişlərin daha düzgün müəyyən edilməsi, naftalan vannalarının müasir fizioterapevtik müalicə üsulları ilə kombinə olunmuş şəkildə tətbiqi, tibbi personalın diqqət və qayğısı, o cümlədən adekvat şərait, “Naftalan” Sağlamlıq Mərkəzində xəstələrin müalicəsində daha effektiv nəticələr əldə olunmasına şərait yaradır.

Göründüyü kimi, Azərbaycanda müalicəvi turizm növünün inkişaf etdirilməsi üçün kifayət qədər təbii imkanlar mövcuddur. Eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində yaranmış ictimai-siyasi sabitlik də xarici turistlərin müalicə məqsədilə ölkəmizə axınını reallaşdırır.

Elçin Hüseynov

AZƏRTAC-ın müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb