“Müasir gənclikdə psixologiya” mövzusunda onlayn seminar keçirilib
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycan İdman Könüllüləri İctimai Birliyi və Quba Tibb Kollecinin birgə təşkilatçılığı ilə “Müasir gənclikdə psixologiya” mövzusunda onlayn seminar keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, interaktiv formada keçirilən seminarda psixoloq Bəyim Həsənova gənclik dövrü və onun xüsusiyyətlərindən bəhs edib. O bildirib ki, gənclər bu yaşlarda ətrafdakı dəyişiklikləri qavramağa, yeni həyat tərzi formalaşdırmağa başlayırlar.
Seminarda gənclərdə müsbət və mənfi xüsusiyyətlərin yaranma səbəbləri, bu problemin həll yolları müzakirə olunub.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.