MÜASİR MUSİQİ ANSAMBLININ KONSERTİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, SoNor Müasir Musiqi Təşəbbüs Mərkəzi, Almaniyanın Azərbaycandakı səfirliyi və “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyinin keçirdiyi Beynəlxalq müasir incəsənət mini-festivalı başa çatmışdır. Festival çərçivəsində keçirilən tədbirlərin sonuncusu rəssam Əli Herisçinın əsərlərinin sərgisi və ”Ensemble reflexion K” muasir musiqi ansamblının konserti olmuşdur. Ansamblın solistləri Beatrix Vaqner (fleyta), Gerald Eckert (violonçel), Eva İgnatyevanın (arfa) çıxışları hərarətlə qarşılanmışdır. Konsertdə almaniyalı musiqiçilər Hans Zender, Məhəmməd Ənsəri, Gerald Eckert, Hans U. Lehmann, Cort Lippe, Maki İshll, Elmir Mirzəyevin əsərlərini ifa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:18]
Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur
- 02.10.2026 [17:59]
“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan
- 02.10.2026 [17:25]