MÜASİR MUSİQİ GECƏSİ
Mədəniyyət Nazirliyinin, SoNoR-Müasir Musiqi Təşəbbüs Mərkəzinin təşkilatçılığı və “Panalpina World Transport Ltd.” şirkətinin sponsorluğu ilə keçirilən konsertdə orkestrə beynəlxalq müsabiqələr laureatı Simon Camartin (İsveçrə) dirijorluq etmişdir. Azərbaycan və İsveçrə musiqiçilərinin birgə hazırladığı layihədə beynəlxalq müsabiqələr laureatı Oana Milena Zaharia-Camartin (skripka, İsveçrə-Rumıniya), Rəna Rəhimova (viola), Boris Paşkin (zərb alətləri) və xanəndələr Ruzə İbişova və Nemət Əliyev çıxış etmişlər. Proqramda G.Derungsun Simli orkestr üçün konsert, B.Frolyakın “Vestigia”-Skripka, viola və orkestr üçün musiqi, M.Derungsun “Eisblume (“Buz çiçəyi”), A. Pörtun ”Fratres”-Skiripka, simli və zərb alətləri üçün musiqi və Aqşin Əlizadənin 4 saylı simfoniya,”Muğamvarı” əsərləri səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]