Muay-tay III Avropa Oyunlarının proqramına daxil edilib
Bakı, 1 mart, AZƏRTAC
İdmanın muay-tay növü 2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına daxil edilib.
AZƏRTAC Avropa Olimpiya Komitələrinin (EOC) saytına istinadla xəbər verir ki, min ildən çox tarixi olan bu qədim döyüş sənəti dünyada ən çox məşhurlaşan idman növlərindən biridir. III Avropa Oyunlarında muay-tay yarışları gender bərabərliyi nəzərə alınmaqla təşkil ediləcək. Bu səbəbdən həm kişi, həm də qadın idmançılar 7 çəki dərəcəsində mübarizə aparacaqlar.
III Avropa Oyunları 2023-cü il iyunun 9-dan 25-dək keçiriləcək.
Xatırladaq ki, I Avropa Oyunlarına 2015-ci ildə Bakı, II Avropa Oyunlarına isə Minsk ev sahibliyi edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [22:46]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]