MÜDAFİƏ NAZİRLİYİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 8-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Koreya Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasında və eyni zamanda, Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi, briqada generalı Hyun Soo Konla görüşmüşdür.
Görüşdə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.