Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜDAFİƏ SƏNAYESİ NAZİRİ YAVƏR CAMALOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Bildiyiniz kimi, Azərbaycanın hərbi sənaye kompleksinin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərində qoyulmuşdur. Ulu öndərin xalqın tələbi və təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra 1993-cü ildə Azərbaycanda bütün sahələrdə dirçəliş dövrü başladı və həmin ildə də hərbi sənaye kompleksinin inkişafı məqsədilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi yaradıldı.

Heydər Əliyevin siyasi kursunun davamçısı olaraq dünyada gedən prosesləri və ölkəmizin müharibə şəraitində olması, eləcə də respublikanın müdafiə qüdrətinin möhkəmləndirilməsi və kənardan asılılığının azaldılması məqsədi ilə, cənab Prezident, Sizin tərəfinizdən regionda ilk dəfə olaraq Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Qeyd edim ki, nazirliyin fəaliyyəti ilə əlaqədar xarici dövlətlərin nümayəndələri ilə keçirilən görüşlərdə bu addımı dərindən düşünülmüş və müdrük addım kimi yüksək qiymətləndirirlər. Bu, bizdə qürur hissi doğurur.

Nazirliyin fəaliyyətə başlaması üçün onun Əsasnaməsi, strukturu və işçilərin say həddi tərəfinizdən təsdiq edilmiş və bu sahə ilə bağlı olan bir sıra müəssisələr Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.

Hazırda nazirliyin strukturunda 5 istehsalat birliyi, 3 idarə, elmi tədqiqat institutu və Milli Aerokosmik Agentliyi fəaliyyət göstərir.

Vəziyyəti aydınlaşdırmaq üçün Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olan müəssisələrin son illərdəki fəaliyyəti təhlil olunmuş və müəyyən edilmişdir ki, müəssisələrin istehsalat sahələrinin balansında olan texnoloji avadanlığın, nəqliyyat vasitələrinin və digər zəruri kommunikasiyaların yarıdan çox hissəsi istismara yararsızdır və mənəvi cəhətdən köhnəlmişdir.

Ümumi istehsal sahələrinin 85 faizi uzun müddət ərzində adi təmir işləri aparılmadığından tam yararsız vəziyyətə düşmüşdür.

Nazirlik yaranana qədər bu sahədə əsas texniki-iqtisadi göstəricilər respublika göstəricilərindən xeyli aşağı səviyyədə olmuşdur.

Respublika üzrə 2005-ci ildə ümumi daxili məhsulun artım tempi 41,8 faiz, işçilərin orta aylıq əmək haqqı 118 manat olduğu halda, bu göstəricilər komitə üzrə müvafiq olaraq 4,0 faiz və 69,6 manat olmuşdur.

Hörmətli cənab Prezident!

Sizin tapşırıq və tövsiyələriniz əsasında Müdafiə Sənayesi Nazirliyinin strukturu formalaşdırılmış, müəssisələrin fəaliyyətini bərpa etmək üçün proqramlar hazırlanmış, nazirlik üzrə prioritet sahələr müəyyən edilmişdir. Müdafiə Nazirliyinin və digər güc strukturlarının müdafiə təyinatlı məmulatlara, o cümlədən atıcı silah və xüsusi təyinatlı məmulatlara, hərbi texnikanın ehtiyat hissələrinə və təmirinə olan tələbatı öyrənilmiş, keçmiş SSRİ dövründə olan əlaqələrin bərpa edilməsi və dünyanın müxtəlif dövlətləri ilə işgüzar əlaqələrin yaradılması üçün tədbirlər görülmüşdür.

Nazirliyin fəaliyyətində maliyyə sabitliyini bərpa etmək üçün sağlamlaşdırma tədbirləri və qanunvericilik bazasının yaradılması məqsədi ilə normativ-hüquqi sənədlər hazırlanmışdır. Eyni zamanda, nazirliyin müəssisələrinin 2008-2011-ci illər üzrə hazırlanmış bərpa proqramlarında 53 obyektin yenidən qurulması nəzərdə tutulmuşdur. Bununla bərabər, Dövlət Müdafiə Sifarişi Proqramının icrasını təmin etmək üçün müvafiq Əsasnamə layihəsi hazırlanmış və onun əsasında 10 illik Dövlət proqramı tərtib edilmişdir.

Dövlət Müdafiə Sifarişi Proqramı çərçivəsində müdafiə təyinatlı məmulatın yaradılması və istehsalı üzrə cari və perspektiv proqramlar tərtib edilmişdir.

Cənab Prezident! Sizin tapşırığınıza əsasən sahədə sağlamlaşdırma tədbirləri çərçivəsində Baş nazir cənab Artur Rasizadənin yanında aidiyyəti nazirliklərin rəhbərləri ilə bu proqram müzakirə edilmiş, razılaşdırılmış və fərman layihəsi, eləcə də Dövlət Müdafiə Sifarişi haqqında Əsasnamə təsdiq üçün Sizə təqdim edilmişdir.

Bu sənədlərin təsdiqi nazirliyin qarşısında qoyulmuş vəzifələrin icrası üçün mühüm əhəmiyyət kəsb edir.

Nazirlik fəaliyyətə başladığı dövrdən 212 adda müdafiə təyinatlı məmulatın istehsalı, 32 adda müdafiə təyinatlı məmulatın yaradılması üçün təcrübi-konstruktor işlərinin aparılması, 175 adda isə mülki təyinatlı məmulatın istehsalı həyata keçirilmişdir.

Azərbaycanın tarixində ilk dəfə olaraq 2007-ci ildə respublikanın nazirliklərinin sifarişi ilə nazirliyin müəssisələrində 29 adda silahın, onların ehtiyat hissələrinin və döyüş sursatlarının seriya ilə istehsalına başlanılmışdır. Nazirliyin yarandığı dövrlə müqayisədə müdafiə təyinatlı məmulatın istehsal həcmi 4 dəfə artmışdır. Ümumilikdə həmin dövr ərzində dünyanın ən qabaqcıl ölkələrindən 7 texnologiya və elmin son nailiyyətlərini özündə əks etdirən proqram təminatlı 62 avadanlıq alınmışdır. Həmin texnologiya və avadanlığın quraşdırılması, istismarı və yerli kadrların öyrədilməsi üçün inkişaf etmiş dövlətlərdən mütəxəssislər dəvət edilmişdir.

Cənab Prezident! Heç kimə sirr deyil ki, heç bir ölkə yaratdığı texnologiyaları hərbi maraqlarına zidd olduğundan digər dövlətlərə satmır. Bu texnologiyaların alınması şəxsən Sizin nüfuzunuz, həmin dövlətlərin başçıları ilə aranızda olan dostluq münasibətlərinin və Sizə olan diqqət və hörmət sayəsində baş tutmuşdur. Ona görə də kollektivimiz adından Sizə öz minnətdarlığımı bildirirəm.

2007-ci ildə müdafiə, xüsusi və mülki təyinatlı məmulatın istehsal həcmində 54,8 faiz artım əldə edilmişdir. Məhsulların çeşidi 280-nə çatmışdır. 52,7 min kvadratmetr sahədə tikinti və yenidənqurma işləri aparılmışdır.

Cənab Prezident! Bu sahənin müəssisələrində iş həcminin və əmək haqqının səviyyəsinin aşağı olması səbəbindən iş yerlərini tərk etmiş mütəxəssislər Müdafiə Sənayesi Nazirliyi yarandıqdan sonra yenidən geri qayıtmış və bunun nəticəsində işçilərin sayı 381 nəfər artmışdır. Orta aylıq əmək haqqı isə 188,6 manat olmuşdur.

Sizin 2007-ci il iyunun 22-də Ali Hərbi Məktəbin növbəti buraxılışına həsr edilmiş təntənəli mərasimdə Müdafiə Sənayesi Nazirliyinə verdiyiniz tapşırığınıza əsasən 2007-ci ilin sonunda “İqlim”, “Peyk” və Telemexanika zavodlarında yenidənqurma və bərpa işləri başa çatdırılmış və istehsal olunan müdafiə təyinatlı ilk məhsulun nümunələri Sizə təqdim edilmişdir.

2008-ci ilin Dövlət Müdafiə Sifarişi Proqramında 80 adda müdafiə təyinatlı məmulatın yaradılması, 444 adda məmulatın isə istehsalı nəzərdə tutulmuşdur.

Cari ildə müdafiə, xüsusi və mülki təyinatlı məmulatın istehsalı 42 faiz artımla nəzərdə tutulmuşdur. Cari ilin I rübündə məhsul istehsalının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz artmışdır. Yanvar-mart aylarında istehsal olunmuş məhsulların çeşidi ötən ilin müvafiq dövrü ilə müqayisədə 51 növ artaraq 213-ə çatdırılmışdır.

İşçilərin sayı 533 nəfər artmış və orta aylıq əmək haqqı isə 204,8 manat təşkil etmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1 faiz, nazirlik yaranan dövrdən isə orta hesabla 3 dəfə artım deməkdir.

2008-ci ildə dövlət büdcəsində Müdafiə Sənayesi Nazirliyi üçün 66 milyon 70 min manat vəsait nəzərdə tutulmuşdur. Bu vəsait hesabına 128 adda emal mərkəzi və dəzgahların alınması, habelə müdafiə təyinatlı məmulatın yaradılması planlaşdırılır. Eyni zamanda Proqrama uyğun olaraq müdafiə təyinatlı məmulatın seriya ilə istehsalına başlamaq üçün dünyanın inkişaf etmiş ölkələrindən müasir standartlara cavab verən 18 növ texnologiyanın alınması, onlar üçün istehsal sahəsinin yaradılmasına İnvestisiya Proqramı üzrə 159,0 mln manat vəsait tələb olunur. Müəssisələrdə yaradılacaq yeni istehsal sahələrinin hesabına 610 yeni iş yeri açılacaqdır. Bununla əlaqədar lazımi sənədlər hazırlanıb müvafiq nazirliklərə təqdim edilmişdir.

Bütün bunlar deməyə əsas verir ki, 2008-ci ilin Proqramında nəzərdə tutulan işlər I rübdə olduğu kimi il ərzində də müvəffəqiyyətlə yerinə yetiriləcəkdir.

Cənab Prezident!

Çıxışımın sonunda bildirmək istəyirəm ki, Müdafiə Sənayesi Nazirliyində qısa müddətdə əldə edilən uğurlar Sizin diqqət, qayğı və köməkliyiniz sayəsində olmuşdur.

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Sizin diqqət və qayğınızı daim hiss edir və Sizi əmin edir ki, Azərbaycanın müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələr uğurla həyata keçiriləcəkdir.

Diqqətinizə görə sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın Baş Konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib