“MÜDRİKLİK FƏLSƏFƏSİ” KİTABI NƏŞR OLUNMUŞDUR
Azərbaycanın ümummilli lideri Heydər Əliyev və ulu öndərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev haqqında məqalələri, müsahibə və çıxışları toplanmış kitabda, eyni zamanda müəllifin tarix, ədəbiyyatşünaslıq və fəlsəfə ilə bağlı fikir və mülahizələrini əks etdirən yazıları da yer almışdır.
“Heydər Əliyev bütün varlığı ilə öz xalqına bağlı idi”, “Soruşma ki, Vətən mənə neyləyib, soruş ki, mən Vətən üçün nə etmişəm”, “Dünyanın hər tərəfinə səpələnmiş soydaşlarımız Heydər Əliyevin azərbaycançılıq idealogiyasının səyyarələridirlər”, “Heydər Əliyev ocağının şöləsi” və sair yazılarda müəllif müstəqil Azərbaycanın yaradılmasında, onun dövlətçiliyinin qurulmasında və inkişafında, azərbaycançılıq ideyasının təşəkkülündə və təbliğində, diaspora hərəkatının genişləndirilməsində dünya şöhrətli siyasətçinin həyata keçirdiyi tədbirlərdən, doğma xalqı qarısındakı xidmətlərindən danılmaz faktlarla söz açır. Prezident İlham Əliyevin ulu öndərimizin layiqli davamçısı olduğunu bütün çalarları ilə diqqətə çatdırır.
10-dan artıq əsər nəşr etdirən müəllifin kitabda toplanmış müxtəlif səpkili yazıları, xatirələri, müsahibələri də oxucu marağı doğurur.
Kitabın tərtibçisi, nəşrə hazırlayanı və redaktoru əməkdar mədəniyyət işçisi Qüdrət Piriyevdir.