MÜƏSSİSƏ BİR AYDA 1 MİLYARD MANATLIQDAN ARTIQ MƏHSUL İSTEHSAL ETMİŞDİR
Neft quyuları üçün dərinlik nasosları və ehtiyat hissələr istehsal edən Suraxanı maşınqayırma zavodu aprel ayında “Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin digər müəssisələrinə nisbətən daha yüksək göstəriciyə nail olmuş, 1 milyard 450,8 milyon manatlıq məhsul istehsal etmişdir.
“Azneftkimyamaş”dan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, zavod 2004-cü ilin yanvar-aprel aylarında 5 milyard 856,3 milyon manatlıq məhsul istehsal etmişdir ki, bu da keçən ilin eyni dövründəkindən 1 milyard 292,6 milyon manatlıq çoxdur.
Zavodun istehsal etdiyi dərinlik nasosları APİ monoqramına və İSO-9001 beynəlxalq sertifikatına layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]
Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
- 01.10.2026 [17:26]