Muharrem Akkaya: Azərbaycanda seçkilər mükəmməl şəkildə davam edir
Ankara, 9 fevral, AZƏRTAC
Xarici müşahidəçilər Azərbaycanda keçirilən parlament seçkilərini yüksək qiymətləndirirlər.
AZƏRTAC xəbər verir ki, Türkiyənin DHA xəbər agentliyinə açıqlama verən Türkiyə Ali Seçki Komissiyasının sədri Muharrem Akkaya seçkilərin gedişindən razı qaldığını söyləyib.
“İki gündür Azərbaycandayıq. Səsvermə məntəqələrində müşahidələr aparırıq. Bu vaxtadək heç bir problemli vəziyyətlə üzləşməmişik. Hər şey mükəmməl gedir. Seçkilərin azərbaycanlı qardaşlarımıza xeyirli nəticələr gətirməsini diləyirik”, - deyə o bildirib.
Türkiyə Ali Seçki Komissiyasının sədri bu vəzifədə ilk xarici səfərini parlament seçkilərini izləmək üçün Azərbaycana etməsindən məmnunluğunu bildirib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]