Azərbaycan Dövlət İnformasiya Agentliyi

Münxen Təhlükəsizlik Konfransının nəticələri - ŞƏRH

Münxen Təhlükəsizlik Konfransının nəticələri -  ŞƏRH

Bakı, 21 fevral, AZƏRTAC

Avropada amansız bir müharibənin tüğyan etdiyi və hər gün minlərlə insanın həyatını udduğu bir zamanda beynəlxalq təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlər bütün dövlətlər üçün prioritet mövzuya çevrilib. Bu sıradan keçirilən beynəlxalq miqyaslı tədbirlərdən biri də Münxen Təhlükəsizlik Konfransı oldu. Sayca 59-cu Təhlükəsizlik Konfransı öz işini başa çatdırdı. Ölkəmizin bu mötəbər tədbirdə Prezident və Birinci vitse-prezident səviyyəsində iştirakı Azərbaycan dövlətinin bu tədbirə böyük önəm verdiyinin göstəricisidir.

Münxen Təhlükəsizlik Konfransının nəticələri ilə bağlı AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib ki, Azərbaycan siyasi rəhbərliyinin bu Konfransda iştirakı çoxsaylı yüksək səviyyəli görüşlərlə və Cənubi Qafqaz bölgəsinin gələcəyi ilə bağlı mühüm müzakirələrlə yadda qaldı. Xüsusilə, Prezident İlham Əliyevin Avropa Şurasının Prezidenti, ATƏT-in Baş katibi, ABŞ Dövlət katibi və İsrailin müdafiə naziri ilə görüşləri belə həssas bir zamanda Azərbaycanın mövqeyini təqdim etmək və regionumuzda, eləcə də bütövlükdə Avropada təhlükəsizliyin təmin olunmasında ölkəmizin atdığı addımlara dəstək qazanmaq baxımından olduqca önəmli hadisələrdir. Konfransın gündəliyində Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə həsr olunmuş ayrıca plenar iclasın keçirilməsi də Konfrans təşkilatçılarının bölgəmizdəki mövcud duruma olan marağının göstəricisi sayıla bilər. Plenar iclasda ölkə rəhbərinin çıxışında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın irəli sürdüyü beynəlxalq hüququn normalarına əsaslanan prinsiplər bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Son iki il ərzində sülh müqaviləsinin imzalanması ilə bağlı aparılan danışıqlarda Ermənistanın qeyri-müəyyən və qeyri-konstruktiv mövqeyi ölkə rəhbərinin çıxışlarında öz tənqidini tapdı. ABŞ Dövlət katibinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə Azərbaycan Prezidenti tərəfindən Ermənistanla Azərbaycanın sərhəd zolağında nəzarət-buraxılış məntəqəsinin açılmasının zəruriliyi vurğulandı və verilən şərhlərdən bu təklifin siyasi təhlilçilər tərəfindən müsbət qarşılandığını demək olar. Ölkə Prezidentinin bu təklifi ilə Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması hər iki tərəfdən gömrük-nəzarət postlarının fəaliyyətə başlaması ilə şərtlənir ki, bu da öz növbəsində Azərbaycan tərəfindən humanitar məqsədlərlə açılmış Laçın -Xankəndi yolunun Ermənistan tərəfindən qeyri-qanuni istifadə hallarını aradan qaldıracaq. Belə bir vəziyyət Ermənistanın humanitar dəhlizlə bağlı bütün manipulyasiyalarına birdəfəlik son qoyacaq. Prezident İlham Əliyevin çıxışlarında son iki ay ərzində Laçın - Xankəndi yolunda davam edən etiraz aksiyaları ilə bağlı Ermənistan siyasi rəhbərliyinin Azərbaycana qarşı apardığı əks-təbliğat fəaliyyəti də ifşa olundu. Ermənistan rəhbərliyinin bu məsələ ilə bağlı dünya birliyinə və siyasi liderlərinə yalan məlumatlar verdiyi üzə çıxarıldı. Torpaqlarımızın 30 ilə yaxın erməni işğalı altında qaldığını və nəhayət, Azərbaycanın öz gücünə işğaldan azad edildiyini bir daha diqqətə çatdıran dövlətimizin başçısı mövcud beynəlxalq təhlükəsizlik sisteminin səmərəsiz fəaliyyətini də tənqid etdi. Azərbaycanın öz torpaqları uğrunda apardığı mübarizədə qalib gəldiyini qeyd edən Prezident İlham Əliyev bu qalibiyyətin qaynaqlarına toxunmağı da unutmadı. Ölkə Prezidenti bildirdi ki, Azərbaycan xalqı işğal faktı ilə heç cür barışa bilməzdi və beynəlxalq təşkilatların münaqişənin həllinə yardım etmədiyinə baxmayaraq xalq öz azadlıq mübarizəsini qalibiyyətli sonluğa qədər davam etdirdi və işğalçı Ermənistan məğlubiyyət aktına imza atmağa məcbur edildi. Azərbaycan Prezidentinin işğal faktı ilə bağlı səsləndirdiyi bir fikir isə təkcə Ermənistana deyil, dünyanın istənilən bölgəsində işğalçılıq siyasəti yürüdən bütün dövlətlərə və siyasi liderlərə ünvanlanmış sərt bir mesaj oldu. Bu fikir ondan ibarət idi ki, “…Azadlıq uğrunda mübarizə aparan bütün xalqlar gec və ya tez öz gücləri hesabına da olsa ədaləti bərpa edəcək və torpaqlarını işğaldan azad edərək öz bayraqlarını doğma torpaqlarında ucaldacaqlar…”.

“Konfrans çərçivəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr və bu istiqamətdə getdikcə dərinləşən strateji tərəfdaşlıq münasibətləri də ikitərəfli və çoxtərəfli görüşlərin müzakirə mövzusu oldu. Prezident İlham Əliyevin Avropa İnvestisiya Bankının prezidenti, Almaniya Şərqi Biznes Assosiasiyasının Baş icraçı direktoru, İtaliyanın “Leonardo” şirkətinin Baş icraçı direktoru ilə görüşləri çox əhəmiyyətli idi və bu görüşlər ikitərəfli əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsinə xidmət edir.

Münxen Təhlükəsizlik Konfransının mühüm bir hadisəsi isə Cənubi Qafqaz dövlətləri rəhbərlərinin bir araya gəlməsi ilə bağlı oldu. Konfrans çərçivəsində Prezident İlham Əliyevin Gürcüstanın və Ermənistanın baş nazirləri ilə üçtərəfli görüşü Cənubi Qafqaz bölgəsində regional əməkdaşlığın canlandırılması istiqamətində atılan ilk addımdır. Demək olar ki, bütün siyasi təhlilçilər artıq bu görüşü “tarixi hadisə” adlandırır və üçtərəfli görüşün bölgədə təhlükəsizliyin möhkəmləndirilməsinə və daha səmərəli şəkildə təmin olunmasına xidmət edəcəyinə ümid bəsləyirlər.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq siyasət arenasında daha bir möhtəşəm uğurunun şahidi olduq. Bu isə Azərbaycanın daha inamlı və xoşbəxt gələcəyinə etibarlı zəmin yaradır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək