COP29
Murat Kurum: COP29 konfransında Azərbaycanın ən güclü dəstəkçisi olaraq buradayıq VİDEO
Bakı, 11 noyabr, AZƏRTAC
COP29 konfransında Azərbaycanın ən güclü dəstəkçisi olaraq buradayıq.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizə gələn Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum deyib.
O qeyd edib ki, Azərbaycan rəhbərliyi beynəlxalq konfransın təşkilatçılığını ən kiçik detala kimi düşünüb: “Bundan əlavə, COP29 bütün dünya dövlətləri üçün iqlim dəyişmələri problemi ilə mübarizə istiqamətində maliyyə ayrılması mövzusunun müzakirə edilə biləcəyi, yeni qərarların qəbul ediləcəyi platforma olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan Türkiyənin iqlimlə bağlı yeni layihələrini, hədəflərini dünya ilə paylaşacaq”.