Murmansk vilayətində Qurban Bayramı geniş qeyd edilmişdir
Bakı, 27 oktyabr (AZƏRTAC). Bütün dünya müsəlmanları özlərinin əsas dini bayramlarından biri olan Qurban Bayramını qeyd etmişlər.
Bu bayram Rusiyanın Zapolyarye bölgəsinin paytaxtı Murmanskda da qeyd edilmişdir. Ənənəyə görə, qurban kəsənlər kəsilmiş heyvanların ətini öz qohumlarına və imkansız sakinlərə paylamışlar.
Murmansk vilayətinin qubernatoru yanında Milli Məsələlər üzrə Məşvərət Şurasının üzvü Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, siyahıyaalma məlumatlarına görə, bu regionda 30 min müsəlman -azərbaycanlı, tatar, başqırd, qazax və özbək yaşayır.
Son beş ildə vilayətdə müsəlman xalqlarının nümayəndələrinin sayı Orta Asiyadan olan miqrantlar hesabına azı əvvəlkinin üçdə biri qədər artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]