Murmansk vilayətində “Yeniyetmə miqrant” əməliyyatına yekun vurulmuşdur
Bakı, 2 noyabr (AZƏRTAC). Federal Miqrasiya Xidmətinin Zapolyarye (Kola yarımadası) regional idarəsi “Yeniyetmə miqrant” adlı ixtisaslaşdırılmış sosial-profilaktik əməliyyat aparmışdır.
Qeyd edək ki, əməliyyat Rusiya DİN-in Murmansk vilayəti üzrə İdarəsinin ərazi bölmələri, yetkinlik yaşına çatmayanların işləri və onların hüquqlarının müdafiə olunması üzrə bələdiyyə komissiyaları ilə birlikdə keçirilmişdir.
Məqsəd əcnəbi vətəndaşların uşaqlarının təhsil və tibbi xidmət almaq hüquqlarının təmin olunması, onlar barəsində ayrı-seçkiliyə yol verilməməsi üçün zəruri şərait yaratmaqdır.
Əsas diqqət yetkinlik yaşına çatmayan uşaqları olan əcnəbi vətəndaşların ailələrinə hüquqi və sosial yardım göstərilməsi məsələlərinə yönəldilmişdir. Belə yardım 36 əcnəbi vətəndaş ailəsinə göstərilmişdir.
Qeyd edək ki, yetkinlik yaşına çatmayanların işləri və onların hüquqlarının müdafiəsi üzrə bələdiyyə komissiyalarına belə uşaqların təhsil müəssisələrinə qəbul olunmaları üçün məlumat göndərilmişdir.
Bundan əlavə, əməliyyat zamanı RF-nin miqrasiya qanunvericiliyini pozan 20 yeniyetmə aşkar edilmiş, RF-nin İnzibati Xətalar Məcəlləsinin 18.9 maddəsi ilə müəyyən edilmiş əcnəbi vətəndaşların və RF vətəndaşlığı olmayan şəxslərin ölkədə yaşaması qaydalarının pozulmasına yol verən 19 vətəndaş inzibati məsuliyyətə cəlb olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]
Tarixi Darvin Kollecində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]