MURMANSKDA UŞAQ FOLKLOR KOLLEKTİVLƏRİ FESTİVALI KEÇİRİLMİŞDİR
Murmansk, 14 aprel (AZƏRTAC). Jurnalist Əlihüseyn Şükürovun verdiyi xəbərə görə, Murmansk şəhər teatr məktəbində uşaq folklor kollektivlərinin ənənəvi “Xalq mədəniyyəti dünyası” festivalı keçirilmişdir. Qonaqları Azərbaycan, Ukrayna, gürcü və ispan milli geyimlərində uşaqlar qarşılamışlar.
Festival artıq dördüncü dəfədir təşkil olunur. Rusiya milli geyimlərinə həsr olunmuş ilk festival Murmansk administrasiyasının, Uşaq Teatr Məktəbi və 1 nömrəli uşaq incəsənət məktəbinin dəstəyi ilə 2003-cü ilin yazında keçirilmişdi.
Təşkilatçılar festivalın coğrafiyasını genişləndirmək, yaxın və uzaq xarici ölkələrin xalq yaradıcılığına müraciət etmək qərarına gəlmişlər.
Bu il uşaq kollektivləri dünya xalqlarının yaradıcılığına müraciət etmişlər.
Qonaqlar teatr məktəbinin foyesində təşkil olunmuş tətbiqi sənət nümunələri və rəsm sərgisi, o cümlədən Azərbaycan milli bayramlarının atributları ilə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]