MÜSABİQƏ UĞURLA HƏYATA KEÇİRİLİR
Mingəçevir regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Şəmşid Məmmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, “Gözəl şəhər, təmiz kənd və layiqli vətəndaş” devizi ilə keçirilən respublika baxış müsabiqəsinin birinci mərhələsinə yekun vurulmuşdur. Layihəyə əsasən Yevlax, Mingəçevir, Ağdaş ərazisindəki qanunsuz 200 kubmetr zibillik yerləri ləğv edilmiş, profilaktik dezinfeksiyadan keçirilmişdir. Məişət tullantılarının müvəqqəti saxlanması üçün 26 yer müəyyən olunaraq, 56 dəmir konteyner qoyulmuş, 12 təzə texnika alınmış, lazımi qədər işçi qüvvəsi cəlb edilmişdir.
Yaz mövsümündə ərazidə 4 hektar yeni yaşıllıq sahəsi salınmış, 50 min ağac və 85 min gül-çiçək kolu əkilmişdir. Ətraf mühitin mühafizəsini yaxşılaşdırmaq, bu mühüm məsələdə vətəndaşların fəallığını artırmaq məqsədilə yaşayış yerlərində və müəssisələrdə tədbirlər keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:18]
Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur
- 02.10.2026 [17:59]
“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan
- 02.10.2026 [17:25]