COP29
Müşahidəçi: COP29-dakı müzakirələr Qanada iqlim dəyişikliyinin fəsadları ilə mübarizəyə kömək edəcək
Bakı, 22 noyabr, AZƏRTAC
Mən Qanadanam və COP29-a müşahidəçi kimi gəlmişəm.
Bunu AZƏRTAC-a müsahibəsində Qana nümayəndə heyətinin üzvü Endryu Addae deyib. O bildirib ki, təmsil etdiyi ölkə iqlim böhranını yaşayır. Hesab edir ki, COP29-dakı müzakirələr Qananın üzləşdiyi iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparılmasına kömək edəcək.
“Azərbaycanı çox bəyəndim. Sakit, sülhsevər ölkədir. Xüsusilə qonaqpərvərliyi çox xoşuma gəldi. Tullantıların azaldılması, ağacların əkilməsi ilə bağlı danışıqlardan məmnun qaldım. Ağacların əkilməsi insan həyatı üçün çox önəmlidir”.