“Musiqinin rəngləri”: Bakıda Mahru Nortonun fərdi sərgisi açılacaq
Bakı, 10 oktyabr, AZƏRTAC
Bakıdakı Rus evində rəssam Mahru Nortonun "Musiqinin rəngləri" adlı fərdi sərgisi keçiriləcək.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 13-də açılacaq sərgidə ziyarətçilərə qeyri-adi texnika üzrə hazırlanmış və bənzərsiz incəliklərlə dolu musiqi və mistika seriyasına aid əsərlər təqdim olunacaq.
Mahrunun əsərləri müxtəlif qalereyaların sərgi salonlarını bəzəyir və bütün dünyada şəxsi kolleksiyaların bir hissəsini təşkil edir. Rəssamın musiqiyə olan bənzərsiz sevgisi onun rəsm əsərlərində xüsusilə təcəssüm olunur. O, sözün əsl mənasında, tamaşaçını özünün əsrarəngiz obrazları və rəsmlərindəki həssas fiqurlarla zəngin dünyasına qərq edir.
Sərgi oktyabrın 31-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]