Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müstəqil Azərbaycanın informasiya mühitində kitabxanalar

Müstəqil Azərbaycanın informasiya mühitində kitabxanalar

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan kitabxanalarının informasiya cəmiyyəti quruculuğu şəraitində beynəlxalq standartlara, hüquqi qanunvericilik aktlarına, demokratik prinsiplərə əsaslanan milli informasiyalaşdırma siyasəti əsasında modernləşdirilməsi zamanın tələbidir. Azərbaycanın müstəqillik dövrünün kitabxanaları milli və bəşəri intellektual resurslara yiyələnərək, bu resursların modern xidmət servisini təqdim edən mərkəzlər kimi formalaşmaqdadır. Modern xidmət servisini təqdim edən bir kitabxanaya gələn oxucu özünü ən son texnologiyanın hökm sürdüyü müxtəlif formatlı informasiya dünyasında tapır. Artıq müstəqilik dövrünün kitabxanaları fiziki sərhədlərini aşaraq, real məkandan virtual dünyaya qovuşmaqdadır. Kitabxanalarımız bir tərəfdən məlumat mənbələrinə çıxış təklif edir, digər tərəfdən özü interaktiv hala gəlir, kolleksiyalarını rəqəmsallaşdırır və dünya kitabxanaları ilə əməkdaşlıq edir. Kitabxana-informasiya mütəxəssislərimiz bütün bu modernləşmə, dinamik inkişaf, operativ informasiya təminatı və informasiya təhlükəsizliyi, məlumat-axtarış sistemlərinin yaradıcı, təşkilatçı, idarəedici qüvvəsi olaraq çıxış edir, tənzimləyir. Azərbaycanda aparılan dövlət siyasəti informasiya-kommunikasiya texnologiyalarının yeni bir prioritet sahə kimi inkişafına əlverişli şərait yaradıb. Azərbaycan dövləti Cenevrə sammitində razılaşdırılmış prinsiplərə sadiq qalaraq informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü tədbirlər həyata keçirir və “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin sammitdəki çıxışında qeyd etdiyi kimi “Bizim ölkədə həm elmi potensial mövcuddur, həm də texnoloji nailiyyətlər imkan verir ki, Azərbaycan bu yöndən regionda aparıcı ölkə olsun”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın direktoru Sevil Zülfüqarovanın "Müstəqil Azərbaycanın informasiya mühitində kitabxanalar" məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, Azərbaycan Respublikasında ən geniş kitabxana-informasiya şəbəkəsi Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Milli Elmlər Akademiyası kitabxanalar şəbəkəsidir. Təkcə Bakı şəhərində respublika əhəmiyyətli 4 kitabxana, 84 kütləvi kitabxana yerləşir. Azərbaycanın bütün regionlarında Mərkəzləşdirilmiş Kitabxana Sistemləri mövcuddur. Ermənistanın işğalına məruz qalmış rayonlarımızda 927 kitabxana və filialları vandalizmə məruz qalaraq məhv edilib. Təhsil Nazirliyinin kitabxana-informasiya şəbəkəsinə 4 min 516 şəhər, rayon, kənd orta məktəbləri, 21 internat məktəbi, 107 peşə məktəbi və peşə liseyləri, 28 dövlət ali təhsil, 14 qeyri-dövlət ali məktəbi fəaliyyət göstərir ki, onların fondlarının ümumi həcmi 26 milyona yaxındır.

Mədəniyyət Nazirliyinin kitabxana-informasiya şəbəkəsində əhəmiyyətli yeri Mirzə Fətəli Axunzadə adına Milli Kitabxana, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Gözdən Əlillər üçün Respublika Kitabxanası tutur. Ümumiyyətlə, nazirliyin kitabxana-informasiya şəbəkəsinə ümumi həcmi 40 milyona yaxın olan 4500 kütləvi, uşaq, muzey və s. kitabxanalar daxildir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası 2003-cü ildə respublikanın iki zəngin kitabxanasının - Azərbaycan KP MK-nın S.M.Kirov adına Siyasi Maarif Evinin Kitabxanası və zəngin tarixi keçmişi olan Mərkəzi Şəhər Kitabxanasının bazasında yaradılıb. 2009-cu ilin iyulunda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Prezident Kitabxanasına Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusu verilib. Prezident Kitabxanasının missiyası ali dövlət orqanlarında və digər icra qurumlarında çalışan dövlət qulluqçuları ilə yanaşı, digər elm sahələrini təmsil edən oxucu-istifadəçilərə kitabxana-biblioqrafiya xidməti göstərməkdir. Kitabxanada İRBİS-64 AKİİS tətbiq edilmiş, dinamik inkişafda və zənginləşməkdə olan elektron kitabxana və elektron kataloq istifadəyə verilib.

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, tipindən və növündən asılı olmayaraq respublika ərazisindəki bütün kitabxanalar üçün metodiki mərkəz funksiyasını daşıyan mədəniyyət ocağıdır. Təbiidir ki, respublika kitabxanalarının informasiyalaşdırılmasının səviyyəsi, bu sahədə əldə olunan nailiyyət və məsuliyyətin mühüm hissəsi məhz milli kitabxananın öhdəsinə düşür. Respublikada kitabxana işinin avtomatlaşdırılması AKİİS-in tətbiqi (VTLS sistemində VİRTUA proqram təminatında, MARC 21 formatında elektron kataloq təqdim edilir) sahəsində ilk uğurlar və yüksək nəticələr məhz Milli kitabxanaya aiddir. 1922-ci ildə yaradılan və 1923-cü ildə rəsmi açılışı olan Milli kitabxanaya 1939-cu ildə Mirzə Fətəli Axundzadənin adı verilib, 2004-cü ildə “milli kitabxana” statusu alıb. Milli Kitabxananın yaşıdı olan Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası akademiya infra¬stru¬kturunun ayrılmaz və mühüm bir tərkib hissəsi kimi inkişaf etmiş, elmin informasiyalaşdırılması missiyasını daşımaqdadır.

Azərbaycanın ən böyük, əhəmiyyətli universal məzmunlu zəngin ədəbiyyat fondlarına malik olan AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) 1923-cü ildə yaradılan Tədqiq və Tətəbbö Cəmiyyətinin Biblioqrafiya bürosu və kitabxanası əsasında təşəkkül tapıb. MEK-in tarixi Azərbaycan elminin, mədəniyyətinin, ziyalılığının tarixi ilə sıx bağlıdır. Bu tarix elmi maraq doğuran faktlarla zəngin geniş işıqlandırmaya ehtiyacı olan bir tədqiqat mövzusu olaraq qalmaqdadır. Bu maraqlı tarixin bir sıra məqamlarını diqqətə çatdırmağı məqsədəuyğun sayırıq. 1924-cü ildə A.V.Baqrinin “Materialı dlya biblioqrfaii Azerbaydjana”, 1934-cü ildə T.Q.Kovalevskayanın “Naqornıy Karabax” biblioqrafik göstəriciləri bugünkü informasiya bazalarının ilkin əsasları idi. 1937-ci ildə əsas fondu 180 minə çatan kitabxanada Şərq və Avropa dillərində XVI-XVIII əsrə aid mənbələr, litoqrafik nəşrlər, əlyazmalar mühafizə edilirdi: Qarabağın “Məqfil-üns!” şairlər məclisinin qiymətli folklor materialları, Əbü-la Müərra Sənan, İbn Sina, Xətib Təbrizi, Fuad Köprülüzadə, Yəqut Həməvi, Katib Çələbi, İbn-əl-Nədim, elcəcə də başqalarının əsərləri.

"1935-1939-cu illərdə akademiyanın bir sıra elmi-tədqiqat institutlarının nəzdində xüsusi filialların açılması ilə əsas kitabxana elmi-metodiki mərkəzə çevrildi. Həmin illərdə akademiyanın kitabxanalar şəbəkəsinin təşkilində respublikanın görkəmli alimləri M.A. Dadaşzadə, K.Əlizadə, Z.Xəlilov, İ.Şaxtaxtinski, E.Paxomov, A.Derjavin və başqalarının, ilk direktorlar - A.Borev və S.Yəhyazadənin böyük əməyi olub.1945-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının əsasında Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması ilə Mərkəzi Elmi Kitabxana üçün geniş imkanlar açıldı. AMEA-nın kitabxana-informasiya şəbəkəsində Mərkəzi Elmi Kitabxana və 19 institut, 1 rəsədxana və 2 muzey kitabxanası fəaliyyət göstərməyə başladı. 90-cı illərdə onların ümumi sayı 27 idi, hazırda isə 40-dan çoxdur.1947-ci ildən kitabxanaya xarici ölkələrdən daxil olan nəşrlər Baş Mətbuat İdarəsinin nəzarətində olan və 1952-ci ildə şöbə kimi formalaşmış, 1988-ci ildə isə ləğv edilmiş Xüsusi mühafizə fonduna daxil olurdu. Ötən əsrin 50-ci illərində beynəlxalq kitab mübadiləsi əlaqələri formalaşmağa başlayıb, 1951-ci ildə MEK şəbəkəsi üzrə idarəedici orqan Kitabxana şurası təsis edilib.1960-70-ci illərdə ilk sovet Kitabxana biblioqrafiya təsnifatı (KBT) əsasında sistemləşdirilmiş kataloq yaradıldı. 1983-cü ildə mərkəzləşdirilmiş kataloq sistemi üzərində iş başa çatmış oldu. 1962-ci ildə ilk biblioqrafik salnamələr çap olunmağa başladı. 1967-ci ildə akademiya şəhərciyinə köçürülən 800 min fondu olan kitabxananın açılışı oldu. 1978-ci ildə MEK respublika miqyasında təbiət elmləri üzrə əsas depozitar kitabsaxlayıcı elan edildi.1985-ci ildə Dövlət Layihə İnstitutu MEK-in yeni binası üçün akademiya şəhərciyində yer ayırmaqla layihə hazırladı. 1988-1990-cı illər Qarabağ hadisələri, cəbhə xəttindəki gərginliklərlə əlaqədar işlər yarımçıq qaldı. 1998-ci ildən İFLA, Türkdilli dövlətlərin Kitabxanalar Assosiasiyası, Elmlər Akademiya Kitabxanaları Assosiasiyası və digər beynəlxalq təşkilatların üzvü oldu. 2000-ci illərin ortalarına doğru MEK-in tarixində kitabxananın veb-səhifəsinin yaranması, kompüter texnologiyalarının tətbiqi, ilk “Azərbaycan ədəbiyyatının elektron antologiyası”nın yaranması, Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” müvafiq Sərəncamdan sonra EA kitabxanalar şəbəkəsinin avtomatlaşdırılması prosesinə start verilməsi ilə əlamətdar oldu. 2012-ci ildə kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqinə dair Dövlət Proqramına uyğun olaraq “İRBİS-64” Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin tətbiqinə start verildi.

Hazırda kitabxanada aparılan struktur dəyişilikləri və islahatlar kitabxana+elm qarşılıqlı əlaqələrinin modern əsaslarda məhsuldar inkişafı, elmi biliklərin qarşılıqlı inteqrasiyası diqqət mərkəzindədir. Mərkəzi Elmi Kitabxana Azərbaycan Milli Elmlər Akademiyasının elmi potensialının informativ ilhamverici qüvvəsi, milli təəssübkeşlik, prinsipial vətəndaşlıq mövqeyinin təmsilçisi və təbliğatçısı olaraq strateji planlarını və modernləşdirmə imkanlarını reallaşdırmaqdadır. Son statistik göstəricilərə görə, MEK-in milli və bəşəri elmi irsin əhəmiyyətli mənbələrini mühafizə edən fondları 5 milyona yaxın elmi-sahəvi ədəbiyyatı əhatə edir. Bir milyondan artıq dövri-mətbuat, Azərbaycan dilində (800 min nüsxə), Rus dilində (2 milyon nüsxə), Avropa dillərində (221min 529). Kitabxana Nadir nəşrlər fondu (15 min), Şərq-şünaslıq fondu (75 min 084), Qərb¬şünaslıq fondu (70 min) kimi ixtisas¬laşdırılmış fondlara, şəxsi kolleksiyalara (B.N.Za¬xoder, E.E.Bertels, E.A.Paxomov, Z.Hüseyn¬zadə, İ.Mus¬tafayev və b.), depozitar fonda, fotosu¬rətlər, disser¬tasiyalar fonduna malikdir. Qısa zaman ərzində böyük əmək sərf edilərək, MEK-də aparılan islahatlar nəticəsində açıq rəf üsulu ilə xidmət edəcək Şərqşünaslıq, Avropaşünaslıq, Azərbaycanşünaslıq şöbələri yaradılıb, interaktiv informasiya xidməti servisi təşkil edilib. Akademiklərin şəxsi kitab kolleksiyalarını mühafizə və təbliğ edəcək akademik fondlar və akademik qiraət zalı da MEK-in innovativ olduğu qədər kreativ olan layihəsi sırasına daxildir. Kitabxananın rəhbərliyi AMEA-nın Naxçıvan və Gəncə bölmələri, həmçinin Şəki, Lənkəran, Quba Elmi mərkəzlərində nəşr edilən əsərlərin qarşılıqlı inteqrasiyası və istifadəsini nəzərdə tutan Biblioqrafik Məlumat Bazasının yaradılmasını və interaktiv sərgilərin nümayişini öhdəsinə götürüb. Hazırda Azərbaycan informasiya mühitində dünyaya inteqrasiya edən kitabxanalarımız, o cümlədən AMEA MEK yeni texnologiyaların tətbiqi, rəqəmsal informasiya resurslarının yaradılması, innovativ ideyaların reallaşdırılmasında fəal iştirak edir. MEK-də Azərbaycanşünaslığa dair informasiya mühiti ilə dinamik əlaqəyə öz bəhrəsini verə biləcək, azərbaycançılıq dünyagörüşünün təbliğatçısı olmaqla yanaşı, azərbaycanşünaslıq elminin, milli-ictimai təfəkkürünün etibarlı və ciddi elmi informasiya bazası hesab edilən Azərbaycanşünaslıq şöbəsi fəaliyyətə başalayıb. Modernləşdirmə strategiyası yalnız kitabxananın xidmət sahələrinin kompüterləşdirilməsindən ibarət olmayıb informasiya-biblioqrafiya aparatının təkmilləşdirilməsi və yenidən qurulmasını, beynəlxalq standartların tətbiqini qlobal informasiya mühiti və cəmiyyətin, elmin informasiyalaşdırılmasının müasir tələblərini əhatə edir. Pandemiyanın yaratdığı böhran vəziyyətindən çıxmaq, kitabxananın fəaliyyətini bilik və informasiya tələbatının çevik, dinamik ödənilməsi səviyyəsinə gətirmək, planlaşdırma-proqramlaşdırma-maliyyələşdirmə sistemini büdcə imkanları ilə uzlaşdırmaq, daxili və xarici faktorları təhlil etməklə elmi tədqiqatların ciddi və etibarlı informasiya təminatçısı olmaq bu gün kitabxananın əsas missiyasıdır", - deyə məqalədə qeyd edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib