Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müstəqillik Azərbaycanın ən böyük sərvəti, neməti və dəyəridir

“Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev

(Azərbaycanın sağlam ambisiyası və müstəqillik illərində keçilmiş yolun konseptual dərki haqqında - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi” məqaləsi barədə politoloqun düşüncələri).

Ölkəmiz xüsusi milli bayramı - Milli Qurtuluş gününü qeyd edir. 15 iyun 1993-cü il elə bir siyasi “rubikon”dur ki, hərki-hərkilik, hakimiyyətsizlik, anarxiya, hakimiyyət boşluğu, separatizmin at oynatdığı, silahlı quldur dəstələrinin hədsiz həyasızlığı dövrü onun arxasında qalmışdır. Xalqın tələbi ilə hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev əsl vətənpərvər və böyük dövlət xadimi, sözü ilə işi bir olan şəxsiyyət, milləti birləşdirən qüvvə və milli müstəqilliyin memarı kimi milli dövlət yaratmaq üzrə çox mürəkkəb bir proqramı həyata keçirməyə başlamış, bu dövlət çox qısa müddətdə və uğurla dünya siyasətinin çox mürəkkəb “partitura”sına öz siyasi və iqtisadi inkişaf vektoru, belə bir epoxal hadisə üçün təbii sayılan risklər və onların aradan qaldırılması imkanları barədə öz təsəvvürü olan qurum kimi daxil olmuşdur.

Azərbaycan xalqının 1993-cü il iyunun 15-nə qədər topladığı təcrübə göstərir ki, xalqın bir hissəsi hətta qısa bir müddətə öz milli ideyasının hədəflərindən kənara çıxanda, müxtəlif qruplaşmaların, partiyaların və ya hərəkatların liderlərinin şəxsi əqidələri, şəxsi maraqları üstünlük təşkil edəndə, bu, bütün xalq üçün çox kədərli nəticələrə gətirib çıxarır.

Heydər Əliyev 1993-cü ildə ölkəyə rəhbərlik etməyə başlayanda dövlətin inkişaf dinamikasını təmin etməli, cəmiyyətin həyatının nəbzini yüksəltməli, sosial anemiya və gərginliyi, identiklik böhranını aradan qaldırmalı olan, ümumi rifaha və maraqlara xidmət edə biləcək səmərəli ideologiyaya ehtiyac olduğunu hiss edirdi. O deyirdi: “Biz azərbaycançılığı - Azərbaycan dilini, onun mədəniyyətini, milli mənəvi dəyərləri, adət və ənənələri inkişaf etdirməliyik”. Azərbaycançılıq konsepsiyasına həm müstəqillik, dövlətçilik, demokratiya, ədalət və milli tərəqqi kimi ümumbəşəri dəyərlər, həm də dünyəvilik daxil idi. Daxili siyasət sahəsində ölkədə əldə edilmiş konsensusa əsaslanan neokonservatizmin əsas ideyalarının özünəməxsus amalqaması, xarici siyasət sahəsində isə müstəqillik və ərazi bütövlüyü konsepsiyası ideya-məqsəd kompleksi kimi çıxış edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, onun yaratdığı və müdafiə etdiyi azərbaycançılıq ideologemi məlum liberal-demokratik dəyərlərin postulatlarına malik olan Azərbaycan milli ideyasının genişlənməsinə şərait yaratmışdır. Həmin dəyərlər bunlardır: Xalqın suverenliyi ideyası, insan hüquqları konsepsiyası, hüquqi dövlət doktrinası, hakimiyyətin bölünməsi nəzəriyyəsi, siyasi və ideoloji plüralizm prinsipi, xüsusi mülkiyyətin qorunması və s.

Ümummilli lider Heydər Əliyev məxsusi siyasi uzaqgörənlik məharətinə malik idi. Bu istedadlı rəhbərin genişmiqyaslı və qlobal təfəkkürü sayəsində Azərbaycan nəinki müstəqil, suveren subyekt kimi çıxış etmiş, həm də dünya birliyinə layiqincə inteqrasiya etmiş, öz strateji maraqlarını müəyyənləşdirmiş və beynəlxalq ziddiyyətlərin siyasi ümmanında həmin maraqlarını uğurla həyata keçirməyə başlamışdır.

Heydər Əliyev sözün həqiqi mənasında öz Vətənini xilas etmişdir. Ona görə də bu gün, müstəqil Azərbaycan öz tarixində çox əlamətdar bir hadisəyə, müstəqilliyin 20 illiyinə hazırlaşdığı bir vaxtda biz dövlətimizin təkcə de-yure deyil, həm də de-fakto suverenlik qazanmaq üçün keçdiyi yolun bütün mərhələlərini, qanunauyğunluqlarını, spesifikasını və xüsusiyyətlərini daha diqqətlə dərk etməyə çalışırıq. Bu qütblər arasındakı koordinatlar isə həm de-yure, həm də de-fakto real siyasi məzmun kəsb edir və bu, müasir Azərbaycanın siyasi inkişafının mahiyyətidir. İngiltərənin məşhur siyasi xadimi E.Halifaks haqlı olaraq yazırdı: “Azadlığa nail olmaq və onu qoruyub saxlamaq yalnız onun bahasına mümkündür ki, bəşəriyyət bir qayda olaraq bu qiyməti ödəməyə hazır deyildir”. Bizim ümummilli liderimiz Heydər Əliyev milli müstəqillik uğrunda öz canından keçməyə, düşünmədən həyatını öz xalqına qurban verməyə hazır idi. M.Haydeggerin təbirincə desək, dövlət hakimiyyətinin və liderin nüfuzunun olmaması istənilən sosial orqanizm üçün “unudulmaq”, “yanıb külə dönmək” və “çürümək” təhdididir. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli və coşqun fəaliyyəti siyasi həyatın belə bir mübahisəsiz qanununu nümayiş etdirir ki, milli həmrəylik amilinin sosial mexanizmləri rolunda məhz hakimiyyət və lider çıxış edir.

Böyük Henrix Heyne yazırdı: “İdeya bizi meydana qovur ki, biz onun uğrunda qladiatorlar kimi vuruşaq. Hər bir həqiqi tribunun və ya apostolun aqibəti belə olur”. Heydər Əliyev böyük tribun idi, o başa düşürdü ki, dünya siyasətinin əsas oyunçuları heç də sivilizasiyalar deyil, milli dövlətlərdir, bu oyunçuların fəaliyyət motivi milli maraqlar və stimullardır. Milli ideyanı formalaşdıran dəyərlər dili olmasa milli ideya siyasi təsisatlar kimi məzmun kəsb etmir, mədəni yaddaş işləmir. Bu baxımdan siyasi liderlərin ictimai fəallığının rolunu, onların hərəkətlərinin fəlsəfəsini anlamağın konseptual əsası kimi milli ideya çox mühüm rol oynayır. Millət çox cəhətdən milli liderin prioritet rolu sayəsində formalaşır və özünü gerçəkləşdirir. Milli ideya milli liderin dünya görüşündə üstünlük təşkil edir. O, milli həmrəyliyin də özəyidir, ən əvvəl ona görə ki, milli ideya mənəvi dəyərə çevrilir, milli varlığı fəlsəfi baxımdan dərk etmək səviyyəsinə ucalır. Milli həyatın struktur elementi olan milli ideya milli mənlik şüurunun formalaşmasında mühüm rol oynayır. İndi öz milli identikliyini, mədəni bütövlüyünü və suverenliyini qətiyyətlə müdafiə edən Azərbaycan xalqının sosial maraqları milli və ümumbəşəri dəyərlərin düşünülmüş şəkildə əlaqələndirilməsi nəzərə alınmaqla Prezident İlham Əliyevin irəli sürdüyü modernləşmə xəttinin həyata keçirilməsinə istiqamətlənmişdir. Bu prosesdə milli ideya fenomeni cəmiyyətin sıx birləşməsinin sosial-siyasi və ideya-mənəvi formalarını özündə tam cəmləşdirir.

Suveren Azərbaycanın müstəqillik, siyasi liderlik və modernləşmə kimi xüsusi, nadir yolu akademik Ramiz Mehdiyevin “Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi” adlı fundamental məqaləsinin tədqiqat mövzusu olmuşdur. Sürətlə dəyişməkdə olan sosial həyat şəraiti, qloballaşma dövründə ilk maliyyə böhranının təsiri altında dövlətin müdaxiləsi xəttini qətiyyətlə seçmiş dünya bazar iqtisadiyyatı, eləcə də bütövlükdə dünyada gedən siyasi proseslərin dinamikası əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologeminin güclü təməli nəzərə alınmaqla milli ideya probleminə müraciət olunmasını tələb edir. Milli inkişafa adekvat milli ideya axtarışı ilə əlaqədar siyasi proseslərin konseptual əsasları bu məqalədə geniş tarixi-siyasi məkanda təhlil edilmişdir. Cəmiyyətin həyatının zəruri və həyati əhəmiyyətli ideoloji elementi olan milli ideya Azərbaycan cəmiyyətində siyasi və sosial dəyişiklikləri stimullaşdırır.

Akademik Ramiz Mehdiyevin məqaləsi Azərbaycanın uğurlarının qiymətləndirilməsində və respublikamızın müstəqillik illərində keçdiyi yolun konseptual baxımdan dərk edilməsində sağlam ambisiya ilə fərqlənən siyasi-fəlsəfi essedir. Sovet ideologiyasının hər şeyi boz rəngdə qələmə verdiyi ambisiyalılıq anlayışı lovğalıq, təkəbbürlülük kimi çox neqativ başa düşülürdü. Əslində bu söz Qərbi Avropa dünyasının leksikasından götürülmüşdür. Orada ambisiyalılıq dedikdə məqsədyönlülük, öz baxışlarını müdafiə etməyi bacarmaq, daha böyük, daha yaxşı dəyərlərə can atmaq kimi müsbət keyfiyyətləri nəzərdə tutur. Bu isə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün çox vacibdir. Həqiqətən Azərbaycanın istəkləri ambisiyalıdır! Prezident İlham Əliyevin iqtisadi və sosial tərəqqi, demokratiya və insan kapitalının hərtərəfli inkişafına istiqamətləndirdiyi Azərbaycan siyasi sisteminin yeni dizaynı respublikanın sosial-iqtisadi və mədəni həyatının bütün sahələrinə xüsusi innovasiya təkanı verən sabitliyə və perspektivli, dinamik modernləşməyə dəlalət edir.

Bizim planların sağlam ambisiyalılığı hər cür bədxahlarımızın rişxəndlə söylədikləri kimi, neftə əsaslanmır. Bu ölkənin, onun liderlərinin ambisiyalılığı Azərbaycan vətəndaşının və bütövlükdə cəmiyyətin mənafelərini hər şeydən uca tutan böyük azərbaycançılıq ideyasına söykənir, bu maraqların həyata keçirilməsi isə dövlətin əsas funksiyasıdır. Azərbaycançılıq ideyası ölkədə hakimiyyətə inam, etimad və hörmət, milli vəhdət ab-havası yaradır.

Şəxsiyyətin ambisiyalılığı onu nəzərdə tutur ki, insanın özünə inamı onun bilikləri və zəngin daxili mənəvi aləmi ilə uzlaşır. Həqiqi elita isə məşhur elitoloq X.Orteqa-i-Qassettin çox dəqiq müəyyən etdiyi kimi, məhz onunla fərqlənir ki, o, sosial dəyişikliklərə görə məsuliyyəti öz üzərinə götürür.

Akademik R.Mehdiyev dərin fəlsəfi kateqoriyalardan keçən sosial-siyasi prosesləri təhlil etməkdə xüsusi məharətə malikdir və bu tədqiqatçının təklif etdiyi konseptual ideyalar istedadlı publisist qələmi ilə geniş oxucu kütləsinə çatdırılır.

“Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi” məqaləsi milli ideya konsepsiyasının dərin təkamülünü, bu ideyanın ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi təcrübəsində real təcəssümünü açıqlayır. Görünür, məqalənin bu cür passionar xarakter kəsb etməsi də siyasi liderliyin bu şəxsi komponenti ilə bağlıdır. Heydər Əliyevin yaratdığı və İlham Əliyevin sevə-sevə inkişaf etdirdiyi milli ideya xalqın fəallığını, onun vətənpərvərliyini və milli qürur hissini, Vətən hissini və ona məhəbbəti, ən başlıcası - onun ərazi bütövlüyünü qorumağa hazır olmasını dəstəkləyir. Bu bütövlük əcdadlarımızın mirasıdır və özünə hörmət edən hər bir xalq öz növbəsində onu xələflərinə bütöv və salamat şəkildə təhvil verməlidir. Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də andiçmə mərasimindəki nitqində demişdir: “Biz torpaqlarımızın işğal edilməsi ilə heç vaxt barışmayacağıq, Azərbaycan öz ərazilərini nəyin bahasına olursa-olsun azad edəcəkdir”. Azərbaycan cəmiyyətinin politoloji mənada adət etdiyimiz “postsovet məkanından” inkişaf etməkdə olan azad dövlətə siyasi və iqtisadi keçid dövründə transformasiyası, milli ideya üçün özünəməxsus bir çağırış olmuş, Azərbaycan xalqının varlığının bütün konkret milli-tarixi təzahürlərində qiymətləndirmə dominantına çevrilmişdir. Azərbaycançılıq milli ideyası sosial-siyasi və milli maraqların mürəkkəb çulğalaşmasını akkumulyasiya edir, tarixi və müasir sosial təcrübəni kütləvi şüurda birləşdirir, siyasi və iqtisadi inkişafın perspektivi vektorlarını müəyyən edir.

Ramiz Mehdiyevin məqaləsinin siyasi-fəlsəfi tərkib hissəsi ümummilli lider Heydər Əliyevin dövlətə rəhbərliyi dövründə müəllifin özünün keçdiyi qiymətli məktəbi onun bilavasitə siyasi təcrübəsi və praktikası ilə uzlaşır. Məhz bu dəyərli təcrübə Ramiz Mehdiyevə sosial modernləşmədə fəal iştirak etmək imkanı vermişdir. Modernləşmənin əsas vəzifələrini Prezident İlham Əliyev belə müəyyən etmişdir: Müasir cəmiyyət, müasir infrastruktur və müasir insan yaradılması.

Məqalədə ideyalar yüksək peşəkarlıqla, müəllifə xas olan erudisiya və inandırıcılıqla şərh edilmişdir. Bu ideyalar bizə milli ideya konsepsiyasının təkamülünü təhlil etmək üçün metodoloji vasitə kimi xidmət edir. Milli dövlətçiliyin ilk müstəqil iyirmi ili haqqında düşünərkən xatırlamalıyıq ki, Rusiya imperiyasının tərkibində olmuş Azərbaycanda 1917-ci ilin fevral ayına qədər suveren milli dövlət yaratmaq məsələsi qarşıya qoyulmamışdır. İnqilabçı, o cümlədən siyasi cəhətdən təşkilatlanmış milli ziyalıların maksimum iddiası yeniləşmiş Rusiyanın tərkibində milli-mədəni muxtariyyətə nail olmaq idi, hərçənd, bu da solçu hərəkat üzrə rusiyalı həmkarları qıcıqlandırırdı. O vaxt “inqilabçı demokratlar” maarifçilik problemi ilə məşğul olur və əksinə Rusiya mədəniyyəti və təhsili hesabına ölkədə dini dözümsüzlük və özünəqapanma gərginliyini azaltmağa çalışırdılar. Bu baxımdan Azərbaycanda siyasi təfəkkürün onun erkən dövrünün nümayəndələri Q.B.Zakir, M.Ş.Vazeh, A.Bakıxanov, M.F.Axundzadə, M.Kazımbəy, H.B.Zərdabi ideyalarına və onlardan sonrakı nümayəndələrə - M.Şahtaxtinski, E.Sultanov, D.Minasazova qədər təkamülünü təsəvvür etmək olar. Akademik Ramiz Mehdiyev yazır: “Üstündən neçə-neçə onilliklər keçəndən sonra soydaşlarımızın həyatının həmin dövrünü dərindən düşünəndə anlamağa başlayırsan ki, onlar nə qədər hüquqsuz, təhqiramiz şəraitdə yaşamışlar. Yeri gəlmişkən deyək ki, sovet hakimiyyəti dövründə də Kremldə azərbaycanlılara qarşı etimadsızlıq olmuşdur. Bunu mən öz şəxsi həyat təcrübəmə və Azərbaycan Kommunist Partiyasının rəhbərlərindən biri kimi iş təcrübəmə əsasən deyirəm”. Müəllif bu qənaətə gəlir ki, bu gün Azərbaycan xalqı yalnız özünün daxili resursları və istedadı sayəsində çoxları üçün nümunədir. Həqiqətən xalqımız heç bir halda ənənələrimizə xas olan bənzərsiz, parlaq, güclü, mühüm cəhətləri, bu ənənələrin cövhərini, incisini itirməməlidir.

Müstəqillik biz azərbaycanlılar üçün məhz belə bir sərvət olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təntənəli mərasimdəki nitqində demişdir: “Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir”.

Hər bir konkret tarixi dövrdə ictimai və siyasi proseslər onlara xüsusi bir istiqamət və konfiqurasiya verən xüsusi dünyagörüşü paradiqmaları çərçivəsində cərəyan edir. Xalqımızın sosial-mədəni dəyərlərini və ənənələrini özündə cəmləşdirən milli ideya konsepsiyasında əks olunan müstəqillik və dövlət suverenliyi məsələləri bir sıra siyasi parametrlərə görə Azərbaycan üçün taleyüklü məsələlərə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev çox dəqiq olaraq müəyyən etmişdir ki, Azərbaycan dövlət müstəqilliyi qazandığı andan ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi həyata keçirilir və biz bu sahədə böyük uğurlar qazanmışıq. Bu, bizim əsas yolumuzdur. Biz bu yolla gedirik. Yəni, demokratik dövlət, bazar iqtisadiyyatı, insanlara hər cür azadlıq, o cümlədən mətbuat, söz, dini etiqad azadlığı verilməsi və demokratiyanın tələbləri ilə əlaqədar bir çox məsələlər - bütün bunlar Azərbaycanda təmin edilmişdir və bundan sonra da təmin ediləcəkdir.

Heydər Əliyev yaxşı bilirdi ki, qloballaşma proseslərinin təsiri altında milli bənzərsizlik məsələləri informasiya-kommunikasiya texnologiyalarının intensiv təsiri ilə modifikasiyaya məruz qalır, şəxsiyyət isə sosiomədəni amillərin səngimək bilməyən münaqişəsi və milli identiklik aspektlərinin itirilməsi ilə əlaqədar getdikcə daha artıq dərəcədə kosmopolitləşir. Buna görə də Heydər Əliyev milli ideologiyanın formalaşması və gələcəkdə onun ehtimal edilən interpretasiyaları problemini hökmən milli suveren dövlətçiliyin təşəkkülü və möhkəmlənməsi ilə əlaqələndirirdi. Ümummilli lider Heydər Əliyev idarəçilik və ideologiya məsələlərinin tarazlaşdırılmasına tərəfdar idi. O deyirdi: “Bizim həm xarici siyasətdə, həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə, həm də sosial-iqtisadi sahədə gördüyümüz işlər milli ideologiyanın üzərində qurulur”.

Azərbaycan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə öz tarixi təcrübəsi və milli ənənələri əsasında demokratik inkişafın xüsusi modelini praktikada həyata keçirmişdir. Son illərdə Azərbaycan Heydər Əliyevin bizə vəsiyyət etdiyi milli azərbaycançılıq ideyasının həyata keçirilməsi, suveren demokratiyanın inkişafı və ölkənin modernləşdirilməsi işində fenomenal uğurlar qazanmışdır. Fasiləsiz lider varisliyi bu gün Azərbaycana artıq dünya birliyi tərəfindən “Azərbaycan möcüzəsi” adlanan fenomenal uğurlar qazanmağa imkan verir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir... Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilmişik. Bu gün müstəqilliyi möhkəmləndiririk”. Bizim müstəqilliyimiz yaxın perspektivdə ölkənin və millətin inkişafının, millətin tərəqqisi və onun beynəlxalq nüfuzunun möhkəmlənməsi üçün real şərait yaradılmasının optimal strategiyasına çevrilmişdir.

“Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi” məqaləsində Azərbaycan cəmiyyətinin adi politoloji “postsovet məkanından” azad inkişaf edən dövlətə siyasi və iqtisadi keçid dövründə transformasiyasının novator xarakterini xüsusi vurğulamaq istərdim. Bu transformasiya Prezident İlham Əliyevin tarixi miqyaslı siyasi xadim, millətin kollektiv tarixi təcrübəsinin dövlət quruculuğu məcrasına translyatoru kimi fəaliyyəti sayəsində mümkün olmuşdur. Müasir Azərbaycanın Prezident İlham Əliyev tərəfindən işlənib hazırlanmış dövlətçilik doktrinası azərbaycançılıq ideyasına əsaslanan siyasi və mənəvi dəyərlərin təbiəti ilə müəyyən edilir.

Məlum olduğu kimi, milli ideyanın universal reseptləri yoxdur - bu, suveren dövlətin seçimidir. Məsələn, U.Çörçill əmin idi ki, milli ideya seçərkən dünyaya nümunə göstərmək deyil, ona dərs vermək daha vacibdir. Bu seçim çox kəşməkəşli və bəzən ölkənin tələbatına adekvat olmaya bilər. 1996-cı ildə “Rossiyskaya qazeta” ümummilli birləşdirici ideya üçün müsabiqə elan etmişdi. Bu müsabiqədə tarixçilər, filosoflar, yazıçılar, siyasətçilər, mədəniyyət xadimləri iştirak edirdi. Lakin bu müsabiqədə laureat olmadı, çünki siyasi, iqtisadi, sosial, konfessional və bir sıra başqa ziddiyyətlər bütün ölkəni cənginə almışdı. Sosial sabitlik olmayan yerdə milli ideyalar yaranmır. Levada mərkəzi tərəfindən bu yaxınlarda milli ideya haqqında keçirilmiş sorğu göstərmişdir ki, kommunizm və sosializm indi “fantom ağrılar” dərəcəsi üzrə keçir, pravoslavlığa və xalqçılığa tələbat yoxdur. Hər yerdə və hər işdə milli ideya üzərində liderlik edirlər, ona görə ki, biz ruslar həmişə hər şeydə birinci olmağa adət etmişik. Buna yalnız tənbəllər gülməmişdir. Burada məşhur bir mahnıda deyilən “balet sahəsində də biz bütün planetdən irəlidəyik” sözlərinə bənzətmə göz qabağındadır”. Mən qonşumuzun bu kədərli təcrübəsi üzərində bilərəkdən bu qədər ətraflı dayandım. Axı həqiqət müqayisədə üzə çıxır, bizim sayca cüzi, lakin aqressiv əhval-ruhiyyəli müxalifətin başqalarının səhvlərindən nəticə çıxarması pis olmazdı. İndi Rusiya əhalisinin bir hissəsi öz ölkəsində Ümumxalq Cəbhəsi (görəsən kimə qarşı?!) və Könüllü Xalq Dəstələri (görəsən kimi qovuruq?!) yaradır. Bir sözlə, “kəllə-kəlləyə” oyunu şiddətlənir.

Bizim müxalifətin Yaxın Şərqdəki siyasi turbulentlik barədə də fikirləşməsinə dəyər. Son aylarda orada cərəyan edən tarixi miqyaslı hadisələr artıq inqilablara, kütləvi iğtişaşlara, vətəndaş müharibələrinə, habelə beynəlxalq hərbi müdaxiləyə gətirib çıxarmışdır. “Diktaturaların məhvi” xalqların necə sürətlə dilənçi vəziyyətinə düşməsini, təkcə Avropa İttifaqı çərçivəsində lokal humanitar fəlakət yaratmasını nümayiş etdirir. Yaxın Şərqdə geosiyasi xaos yaranması həm də onu göstərir ki, “ümumi düşmənə qarşı dostluq edirik” konsepsiyası milli ideya şəklində çıxış edə bilməz.

Ramiz Mehdiyevin “Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi” məqaləsi mayın axırlarında çap edilmiş və dərhal siyasi “bestseller”ə çevrilmişdir. Təbii ki, nüfuzlu alimlərin, publisistlərin, ictimai xadimlərin çoxu, o cümlədən bədxahlar, daha dəqiq desək, bir namizədlik dissertasiyası müdafiə etməklə öz imkanlarını tükətmiş, istər böyük elmə, istərsə də real siyasətə daxil ola bilməmiş paxıllar da bu məqaləyə biganə qalmamışdır. Oskar Uayld yaxşı demişdir: “Məhz hər hansı sahədə heç nə əlindən gəlməyənlər həmin sahədə ən böyük tənqidçilərə çevrilirlər”.

Azərbaycandan olan bir siyasi icmalçı ermənipərəst saytda yazır ki, Ramiz Mehdiyev ideoloq roluna iddia edir. Bu həddini aşmış opponenti məyus etmək istəyirəm. Ramiz Mehdiyev ideoloq roluna iddia etmir, o, ideoloqdur, çünki dəqiqləşdirmələr aparılmadan, ideoloji şkalanın dəyərləri hər bir cari ana görə detallaşdırılmadan siyasi idarəçilik mümkün deyildir.

Bütün böyük ölkələrin, təşkilatların və ya şəxsiyyətlərin daxili düşməni həmişə olmuşdur. Bu düşmən gec-tez qorxaqlıq, alçaqlıq, mənəviyyatsızlıq, əxlaqsızlıq, satqınlıq edir, cəmiyyəti və onun vəhdətini dağıtmaq üçün real səy göstərir. Yeri gəlmişkən, siyasi psixoloqlar belə bir qanunu çoxdan təsvir etmişlər: Hakimiyyət iddiasında olanlar bir qayda olaraq, hər şeydən əvvəl mövcud ideologiyanın astarını üzünə çevirirlər. Bizim müxalifət nə qədər çalışsa da, milli azərbaycançılıq ideyası həyatverici qüvvəyə malikdir və xalqımızı ruhlandırmaqda davam edir!

Azərbaycançılığın uzunmüddətli perspektivdə həyat qabiliyyətli milli ideya kimi bərqərar olması göz qabağındadır və ölkə rəhbərliyinin dövlətin strateji inkişafına dair əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mühüm dəyər oriyentirləri sisteminə ahəngdar şəkildə uyuşan layihələrinin olması bu fikri təsdiq edir!

Prezident İlham Əliyevin qəbul etdiyi siyasi qərarlar ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış dövlət idarəçiliyi konsepsiyasının əsas oriyentirlərini qoruyub saxlamaqla Azərbaycanın dinamik iqtisadi və demokratik inkişafına - sabitliyin qorunub saxlanmasına, dövlətçiliyin möhkəmlənməsinə, ümumi rifaha, vətəndaşların azadlığına, təhlükəsiz və etibarlı məkana, intensiv inkişaf edən iqtisadi və siyasi təsisatlara kömək edir.

Aqiyə Naxçıvanlı

Milli Məclisin deputatı,

siyasi elmlər doktoru, professor

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb