“Müvafiq tədbirlər” rəsm sərgisinin vaxtı uzadılıb
Bakı, 3 sentyabr, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Məkanının “Artım” layihə məkanı hər kəsi yenidən qarşılamağa hazırdır.
AZƏRTAC xəbər verir ki, sözügedən məkanda rəssam Elturan Mammadovun “Müvafiq tədbirlər” adlı fərdi sərgisi ilə həftənin II, III, IV və V-ci günləri, 12:00-dan 20:00-dək tanış olmaq mümkündür. Sərginin müddəti oktyabrın 2-nə qədər uzadılıb. Binaya daxil olmazdan öncə sadə qaydalara riayət etmək vacibdir. Məkana eyni vaxtda sadəcə 6 nəfər daxil ola bilər. Tibbi maskaların və antiseptikin istifadəsi zəruridir.
Giriş ödənişsizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:18]
Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur
- 02.10.2026 [17:59]
“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan
- 02.10.2026 [17:25]