MÜXALİFƏTÇİLƏR YAP-A ÜZV OLURLAR
“Azadlıq” blokuna daxil olan radikal müxalifət partiyaları liderlərinin təhrikçi çağırışları, parlament seçkilərindəki məğlubiyyətdən nəticə çıxarmaq əvəzinə cəmiyyətdə qarışıqlıq yaratmağa can atmaları, öz tərəfdarlarını qanunsuz aksiyalara sövq etmələri, Azərbaycan dövlətçiliyinə zidd hərəkətləri sıravi partiya üzvləri tərəfindən böyük narazılıqla qarşılanır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Əli Bayramlı sakinləri - Müsavat Partiyasının üzvü Xuraman Əsgərova, AXCP (islahatçılar) üzvləri Əlifağa Əliyev və Arif Ələkbərov radikal müxalifət sıralarından çıxdıqlarını və bundan sonra öz talelərini cəmiyyətimizin əsas aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası ilə bağlamaq arzusunda olduqlarını bəyan etmişlər.