CƏMİYYƏT
Muxtar Babayev: COP29 Sədrliyinin bu il ambisiyaları artırmaq planı var
Bakı, 11 oktyabr, AZƏRTAC
“COP29 Sədrliyinin bu il ambisiyaları artırmaq planı var. Bu plan Paris Sazişinin bütün şərtləri üzrə kritik irəliləyişləri təmin edəcək”.
AZƏRTAC xəbər verir ki, bunu Pre-COP29 konfransı çərçivəsində keçirilən iqlim və inkişafa dair nazirlər səviyyəsində iclasda COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O qeyd edib ki, istiləşməni məhdudlaşdırmaq və iqlim dəyişikliyinin təsirlərini idarə etmək üçün iqlim planlarında ambisiyaları gücləndirmək lazımdır: “Biz bütün tərəfləri 2025-ci ilə qədər Milli Uyğunlaşma Planları yaratmağa çağırırıq”.