MUXTAR RESPUBLİKADA HAZIRDA 69 YENİ OBYEKT İNŞA OLUNUR
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 2006-cı ilin yanvar-iyul ayları ərzində müxtəlif sahələr ümumilikdə 65.829 min manat məbləğində sərmayə yatırılmışdır. Tikintiyə qoyulan sərmayələrin məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz artmışdır. Bu müddət ərzində muxtar respublikanın tikinti təşkilatları öz gücləri ilə 50.631 min manatlıq iş görmüşlər ki, bu da keçən ilin müvafiq dövründəkinə nisbətən 4,8 faiz çoxdur. Yeni tikintilərə, yenidənqurma və abadlıq işlərinə 39046,5 min manat, əsaslı təmirə 9441,3 min manat, cari təmirə isə 1214,6 min manat xərclənmişdir. Tikinti təşkilatlarında 3892 nəfər işçi çalışmış, bir işçinin orta aylıq əməkhaqqı 103,1 manat olmuşdur.
Hazırda muxtar respublikada 69 obyektin tikintisi, 48 obyektin əsaslı təmiri, 18 obyektin isə cari təmiri davam etdirilir. Cari ilin ötən aylarında 40 obyektin tikintisi, 53 obyektin əsaslı təmiri, 16 obyektin isə cari təmiri başa çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:13]
Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir
- 16.10.2026 [17:12]