MUXTAR RESPUBLİKANIN TƏBİİ QAZLA TƏMİN EDİLMƏSİ BARƏDƏ SƏNƏD İMZALANACAQ
“Azəriqaz” Səhmdar Cəmiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu ilin martında Bakıda Naxçıvan Muxtar Respublikasının təbii qazla təmin olunması barədə İran nazirliyi ilə sənəd imzalanacaqdır. Cəmiyyətin xarici iqtisadi əlaqələr departamentinin başçısından, “Azəriqaznəql” istehsalat birliyinin prezidentindən və digər mütəxəsislərdən ibarət işçi qrupu sənədin təfərrüatını dəqiqləşdirmək üçün Tehranda səfərdədir.
Xatırladaq ki, Naxçıvan MR-in ildə 350 milyon kubmetr həcmində təbii qazla təmin olunması barədə memorandum hələ 2002- ci ilin payızında imzalanmışdı. Mütəxəssislərin fikrincə,layihənin həyata keçirilməsinin geçikdirilməsinin əsas səbəbi Muxtar Respublikanın ərazisindən keçən əsas qaz kəmərindəki texniki problemlərdir. Bu qaz kəməri,çox güman, İran və Azərbaycan mütəxəssislərinin birgə səyi ilə bərpa ediləcəkdiər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:53]
Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib
- 10.08.2026 [17:45]
Azərbaycanda daha bir aqropark yaradılıb
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]
Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb
- 10.08.2026 [17:19]
Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib
- 10.08.2026 [17:18]
Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
- 10.08.2026 [17:16]